Qazaxıstan Prezidenti MDB ölkələrinə peyvənd pasportlarının qarşılıqlı tanınmasını təklif edib
Nur-Sultan, 15 oktyabr, AZƏRTAC
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev MDB ölkələrinin liderlərini vətəndaşların Birlik çərçivəsində sərbəst hərəkət etməsi üçün peyvənd pasportlarının qarşılıqlı tanınmasını sürətləndirməyə çağırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Kasım-Jomart Tokayev MDB Dövlət Başçıları Şurasının onlayn iclasında bildirib.
MDB məkanında peyvənd pasportlarının qarşılıqlı tanınmasını sürətləndirməyi təklif edən Kasım-Jomart Tokayev bunun qarşılıqlı etimad və əməkdaşlıq üçün vacib olduğunu deyib. Bildirib ki, belə qərar verməklə vətəndaşların sərbəst hərəkətini təmin edəcək və işgüzar əlaqələri gücləndirəcəyik.
Qeyd edək ki, bir çox ölkələrin sərhədlərini keçmək üçün Qazaxıstan vətəndaşlarından peyvənd pasportu ilə yanaşı, PCR testi vermələri də tələb olunur.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]