Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
Bakı, 16 iyun, AZƏRTAC
Rusiyanın Krasnoyarsk şəhərində cüdo üzrə gənclər arasında Vladimir Qulidovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan cüdoçuları yarışda 2 gümüş və 1 bürünc olmaqla ümumilikdə 3 medal qazanıblar.
Əhməd Rüstəmov (66 kiloqram) və Hüseyn Eyvazlı (100 kiloqram) gümüş medala layiq görülüblər.
Murad Allahverdiyev (90 kiloqram) isə bürünc mükafatın sahibi olub.
Turnirdə 10 ölkədən 240-dən çox cüdoçu mübarizə aparıb.