İbrahim Hadejia: Dayanıqlı inkişaf istehsaldan logistikaya qədər bütün mərhələləri əhatə etməlidir
Bakı, 16 iyun, AZƏRTAC
Dayanıqlı inkişaf yanaşması yalnız istehsal prosesləri ilə məhdudlaşmamalı, məhsulun yaradılmasından istehlakçıya çatdırılmasına qədər bütün dəyər zəncirini əhatə etməlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Nigeriyanın Vitse-Prezident Aparatında aparat rəhbərinin müavini İbrahim Hadejia İslam İnkişaf Bankı (İİB) Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində keçirilən “Halal mikro, kiçik və orta müəssisələr və dayanıqlılıq: Yaşıl keçid, halal dəyər zəncirləri və inklüziv iqtisadi artım” adlı sessiyada çıxışı zamanı deyib.
O bildirib ki, dayanıqlılıq, etik prinsiplər və məsuliyyətli istehsal müasir iqtisadi inkişafın əsas elementləri sırasındadır.
“Dayanıqlılıq prinsiplərinin istehsal, emal, logistika və təchizat zəncirinin bütün mərhələlərində nəzərə alınması uzunmüddətli və inklüziv inkişafın təmin edilməsinə xidmət edir. Dayanıqlı inkişaf məqsədlərinə nail olunması üçün iqtisadi fəaliyyətin bütün mərhələlərində ekoloji və sosial məsuliyyət yanaşmalarının tətbiqi mühüm əhəmiyyət daşıyır”,- deyə o qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:01]
“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur
- 16.06.2026 [16:55]
Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
- 16.06.2026 [16:50]