Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
Moskva, 16 iyun, AZƏRTAC
Rusiya və Türkiyə xarici işlər nazirləri Sergey Lavrov və Hakan Fidan Moskvada regional əməkdaşlığı, o cümlədən Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılmasını müzakirə ediblər.
AZƏRTAC xəbər verir ki, xarici işlər nazirləri bu barədə açıqlamanı danışıqlardan sonra keçirilən mətbuat konfransında veriblər.
Hakan Fidan qeyd edib: “Cənubi Qafqazdakı vəziyyəti və Azərbaycanla Ermənistan arasında sülh prosesini ətraflı müzakirə etdik. Bu, regionda sülhün təmin edilməsi üçün çox vacib komponentdir”.
Öz növbəsində, Sergey Lavrov Rusiya və Türkiyənin Cənubi Qafqazda, Yaxın Şərqdə və digər bölgələrdə sıx əməkdaşlıq etmək barədə razılığa gəldiyini bildirib. O, iki ölkənin Azərbaycan, Ermənistan və İranın daxil olduğu “3+3” regional əməkdaşlıq platformasında iştirakının vacib əməkdaşlıq sahəsi olaraq qaldığını qeyd edərək bildirib ki, “Gürcüstan üçün qapı həmişə açıq qalır”.
Danışıqlar zamanı tərəflər, həmçinin Qara dənizdə təhlükəsizlik məsələlərini, Hörmüz boğazı ətrafındakı vəziyyəti və ikitərəfli əməkdaşlığın inkişafını müzakirə ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 20.09.2026 [19:44]
Nyu-Yorkda Çin-ABŞ ticarət danışıqlarının növbəti raundu başlayıb
- 20.09.2026 [19:03]
Yaponiyada yaşlı əhalinin sayı artır
- 20.09.2026 [18:46]
Tramp Pezeşkianla görüşə biləcəyini ehtimal edib
- 20.09.2026 [18:10]
İran ABŞ-nin mümkün hücumuna cavab verəcəyini açıqlayıb
- 20.09.2026 [14:10]
Konqoda Ebola peyvəndinin sınaqlarına başlanılıb
- 20.09.2026 [13:34]
Media: Şimali Koreya yaxınmənzilli ballistik raket buraxıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Suverenliyin təntənəsi - ŞƏRH
- [09:51]
Argentinada “Qəzəb yürüşü”
- [06:08]