Çinin Erenhot şəhərində koronavirusa görə kütləvi test aparılır
Pekin, 15 oktyabr, AZƏRTAC
Çinin Daxili Monqolustan muxtar bölgəsinin Erenhot şəhərində bir nəfərin COVID-19 virusuna yoluxmasından sonra şəhərdə kütləvi test prosesinə başlanılıb.
AZƏRTAC bölgə hökumətinin məlumatına istinadla xəbər verir ki, yoluxmanın aşkarlandığı logistika parkının bütün işçiləri və onlarla yaxın təmasda olanlar karantinə alınıb. Onların ilk test cavabları neqativ olsa da, tibbi nəzarət altındadırlar. Paralel olaraq epidemioloji təhqiqata başlanılıb. Şəhərdə qapalı idarəetmə rejimi tətbiq olunur. Giriş-çıxış məhdudlaşdırılıb. Çinin Monqolustan ilə əsas nəqliyyat yolunun üzərində yerləşən Erenhotun dövlət idarələrində, özəl müəssisələrində iş və istehsal dayandırılıb, məktəblər və uşaq bağçaları bağlanıb.
Qeyd edək ki, yoluxmaların qeydə alındığı yaşayış məntəqələrində lokal qapanmaların və kütləvi test prosesinin təşkili Çində koronavirusun yayılmasına qarşı əsas mübarizə vasitələrindən biridir. Pandemiya dövründə bu cür qapanma və kütləvi test Uxan, Pekin, Urumçi, Dalyan, Şıciacuan və s. şəhərlərdə tətbiq olunub.
Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]