AzTU professoru Türkiyədə ustad dərsləri keçib
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycan Texniki Universitetinin (AzTU) Radiotexnika və telekommunikasiya kafedrasının müdiri professor Mehman Həsənov Türkiyənin Gəbzə Texniki Universitetində ezamiyyətdə olub.
AzTU-dan AZƏRTAC-a bildirilib ki, Mehman Həsənov Gəbzə Texniki Universitetinin əməkdaşları üçün müasir rabitə texnologiyaları istiqamətində ustad dərsləri keçib. Görüşlər zamanı iki ali təhsil müəssisəsi arasında birgə tədqiqat layihələrinin icrası, magistr və doktorant hazırlığı məsələləri müzakirə olunub.
Professor Mehman Həsənov, həmçinin Gəbzə Texniki Universitetinin nəzdində olan texnoparkla, universitetin müxtəlif elmi-tədqiqat mərkəzləri və əldə olunmuş tədqiqat nəticələri ilə tanış olub.