Əjdaha qayıqları yarışı və “Zongzi” əfsanəsi: ADU-da Çin festivalı barədə mühazirə oxunub
Bakı, 16 iyun, AZƏRTAC
“Ənənəvi Çin bayramları” yay onlayn lektoriyası çərçivəsində Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov “Çin Duanvu Festivalı” mövzusunda mühazirə oxuyub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu bayramın mənşəyi Çin tarixində ilk tanınmış lirik şair, Çin müəllif poeziyasının banisi və Çin mədəniyyətində vətənpərvərlik simvolu olan Qu Yuanın xatirəsi ilə əlaqələndirilir. R.Abbasov festivalın tarixi və ənənələri, iştirakçıların əjdahaları təsvir edən avarçəkmə qayıqlarında yarışı və festivalın ənənəvi yeməyi - bambuk yarpaqlarına bükülmüş yapışqan düyü yeməyi olan “zongzi”nin mənşəyi ilə bağlı əfsanədən danışıb. Həmçinin o, Qu Yuanın “Çus bəndləri” və “Səmavi naxışlar” şeirlərindən parçalar oxuyub.
R.Abbasov tanınmış Azərbaycan şairləri Süleyman Rüstəm, Rəsul Rza, Teymur Elçin və Hüseyn Arifin əsərlərində Çin mövzusundan danışıb və Leyla Əliyevanın “Azərbaycan!” və “Çin Divarı” şeirlərini oxuyub.
Sonda “Döyüşən çarlıqlar” dövrünün görkəmli Çin şairlərinin həyat və yaradıcılığı haqqında filmlər nümayiş etdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:53]
Mərkəzi Elmi Kitabxana ilə Türkiyənin “Mirakıl” şirkəti arasında görüş
- 16.06.2026 [16:45]
BDU-da Konfutsi İnstitutunun 15 illik yubileyi qeyd olunub
- 16.06.2026 [15:53]
AzTU professoru Türkiyədə ustad dərsləri keçib
- 16.06.2026 [14:55]