Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə turnir təşkil olunacaq
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycanda ilk dəfə çimərlik voleybolu üzrə “Queen & King of the Court Mixed” turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, iyunun 20-də Bakı Su İdmanı Sarayında təşkil olunacaq yarışda 40 komanda çempionluq uğrunda mübarizə aparacaq. Turnirdə peşəkar və həvəskar voleybolçular iştirak edəcəklər.
Qeyd edək ki, dünyanın müxtəlif ölkələrində keçirilən “Queen & King of the Court” turniri çimərlik voleybolunun ən maraqlı və dinamik yarış formatlarından biri hesab olunur. Bu turnir ölkəmizdə ilk dəfə bu il mayın 23-də təşkil edilib.
Bu dəfə isə yarış fərqli formatda keçiriləcək. Belə ki, hər komandada bir qadın və bir kişi voleybolçu yer alacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [21:16]
FHN-in voleybol komandası beynəlxalq turnirdə yüksək nəticə göstərib
- 01.10.2026 [19:13]
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
- 01.10.2026 [19:09]
Azərbaycan və Bakı Dünya Akvatika Fondunun Ekoloji Mükafatına layiq görülüb
- 01.10.2026 [18:54]
Beynəlxalq Üzgüçülük Federasiyasının prezidenti Azərbaycana təşəkkür edib
- 01.10.2026 [17:22]