Tramp İranda rejim dəyişikliyi ilə heç vaxt maraqlanmadığını bildirib
Bakı, 16 iyun, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı bildirib ki, İranda rejim dəyişikliyi onu heç vaxt maraqlandırmayıb. O əlavə edib ki, ABŞ çox rasional insanlarla danışıqlar aparır.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Fransada jurnalistlərə verdiyi açıqlamada Tramp deyib: “Mən heç vaxt rejim dəyişikliyi ilə maraqlanmamışam. Amma düşünürəm ki, rejim dəyişikliyi var, çünki bunu hamıdan yaxşı bilirsiniz”.
ABŞ Prezidenti daha sonra deyib: “Rejim dəyişikliyinə inanmıram, bilirsiniz, illərdir rejim dəyişikliklərini izləyirəm, onlar heç vaxt işə yaramır. Birinci qrup - hamısı ölüb. İkinci qrup da ölüb. Üçüncü qrupun bir hissəsi yoxa çıxıb və biz çox rasional insanlardan ibarət olduğunu düşündüyüm qrupla işləyirik. Düşünürəm ki, əslində, onlar birinci və ikinci qrupdan daha ağıllıdır, amma radikallaşmayıblar və ölkələrinə kömək etməyə çalışırlar”.
Tramp Tehranla razılaşma ilə bağlı deyib: “İrana heç vəchlə investisiya yatırmaq öhdəliyimiz yoxdur. Biz heç bir pul yatırmırıq. İstəsək, haqqımız var, amma heç bir pul yatırmırıq. İranla müqaviləmiz bağlanıb və uğurlu olmaq üçün ikinci mərhələyə keçirik ki, düşünürəm ki, bu, əslində daha asan olacaq”. O əlavə edib ki, iki ölkə arasında “ədalətli, yaxşı bir müqavilə var”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]
Banqladeşdə bir gündə qızılcaya mindən çox yoluxma halı qeydə alınıb
- 16.06.2026 [15:31]