Dünyada 800 milyondan çox insan aclıqdan əziyyət çəkir
Bakı, 15 oktyabr, AZƏRTAC
Müharibələrin, koronavirus pandemiyasının və iqlim dəyişikliyinin səbəb olduğu aclıqdan əziyyət çəkən insanların sayı il ərzində 25 faiz artaraq 800 milyon nəfəri ötüb.
AZƏRTAC “Deutsche Welle” media kompaniyasına istinadla xəbər verir ki, bu rəqəm aclıqdan əziyyət çəkənlərə yardım göstərən Almaniyanın “Welthungerhilfe” qeyri-hökumət təşkilatının məruzəsində yer alır.
Oktyabrın 14-də Berlində dərc olunan məruzədə qlobal aclıq indeksinin (GHI) sonuncu göstəriciləri nəzərə alınıb. Məruzəyə əsasən, hazırda dünyada aclıqdan əziyyət çəkən insanların sayı 811 milyon nəfərə çatıb. Bundan başqa, 41 milyon insan aclıq astanasında yaşayır.
Sənəddə qeyd olunur ki, bu il vəziyyətin ağırlaşmasına iqlim dəyişikliyi, koronavirus pandemiyası, həmçinin son zamanlar artan müharibələr və münaqişələr səbəb olub. Aclıqdan ən çox əziyyət çəkən Afrika və Asiya ölkələridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]
Aİ-də elektrik skuterləri üçün vahid qaydalar tələb olunur
- 16.06.2026 [16:14]
Zimbabvedə yük qatarı avtobusla toqquşub, ölənlər var
- 16.06.2026 [16:12]
Tramp diqqəti Ukrayna münaqişəsinə yönəldir
- 16.06.2026 [16:06]
Lavrov və Fidan Cənubi Qafqazda vəziyyəti müzakirə ediblər
- 16.06.2026 [16:03]