Azərbaycan Dövlət İnformasiya Agentliyi

100 il sonra bədii obrazlarla qayıdan cümhuriyyətçilər

Bakı, 1 iyun, AZƏRTAC

Bu gün müasir, müstəqil Azərbaycanın hər bir vətəndaşı başa düşür ki, mürəkkəb bir dövrdə yaranan, xalqımızın və milli dövlətçiliyimizin tarixində özünəməxsus yeri olan Azərbaycan Xalq Cümhuriyyəti olduqca çətin şəraitdə fəaliyyət göstərib. Tariximizin şanlı səhifəsi olan Cümhuriyyət, cəmi 23 ay yaşamasına baxmayaraq, xalqımızın həyatında iftixar dolu tarixi hadisəyə çevrilib. Əlbəttə, xalqımızın ziyalı övladları Cümhuriyyəti qurmaqla böyük və azad bir xalqın övladları olduqlarını bir daha dünyaya nümayiş etdiriblər. 100 il əvvəl bu relyefdə demokratik və hüquqi bir dövlətin elan edilməsi imperiya əsarətində ağır məşəqqətlərə məruz qalmış Azərbaycanın milli azadlıq mübarizəsinin qanunauyğun nəticəsi, dərin tarixi kökləri olan milli dövlətçilik ənənələrimizin davamı idi. Prezident İlham Əliyevin hələ ötən il imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında” Sərəncamına əsasən, Cümhuriyyətin yaradılmasının 100 illiyi respublikamızda dövlət səviyyəsində qeyd edilməkdədir. Hər bir vətəndaş bu Sərəncamı milli dövlətçilik tariximiz üçün yüksək ehtiramın nəticəsi kimi dəyərləndirdi.

“Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq”, - deyən Prezident İlham Əliyev bu ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etdi. Bu, onu göstərir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyev dövlətçiliyimizin tarixi keçmişinin öyrənilməsi və dövlət müstəqilliyimizin təbliği kimi məsələləri daim diqqətdə saxlayır. Ölkə rəhbərinin bilavasitə rəhbərliyi və tapşırığı ilə həyata keçirilən mədəni və tarixi əhəmiyyətli layihələr, dövlət proqramları mədəniyyətimiz, milli dəyərlərimiz və tariximizlə bağlı ictimaiyyətə dolğun məlumatların çatdırılması, eləcə də maarifləndirmə işlərinin aparılmasına rəvac verir. Bu baxımdan bir sıra təşkilat və təsisatlar da qeyd edilən istiqamətdə sözügedən proqram, layihə və sərəncamlardan irəli gələn məsələlərin reallaşmasında yaxından iştirak edərək töhfələrini verirlər. Dövlətimizin başçısının Cümhuriyyətlə bağlı sərəncamları həm hökumət orqanlarında, təşkilatlarda, həm də vətəndaşlarda müstəqilliyimizin 100 illik salnaməsinə dəyərli töhfələr verə bilmək məsuliyyəti yaratdı. Belə qurumlardan olan Bakı Media Mərkəzi Azərbaycan mədəniyyətinə və tarixinə ən dəyərli töhfələrindən olan “Son iclas” bədii-sənədli filmi ilə Xalq Cümhuriyyətinin qurucularını 100 il sonra bədii obrazlarla bu günə qaytardı. Bu ekran əsəri Bakı Media Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə ən böyük töhfəsidir.

İstiqlal tariximizin “Son iclas”ı

Heydər Əliyev Fondunun dəstəyi, “BP Azerbaijan” şirkətinin sponsor dəstəyi ilə ərsəyə gələn “Son iclas” filmində Cümhuriyyət qurucularının xalqımıza düşmənçilik edən qüvvələrə qarşı mübarizliyi əks olunub. Ekran əsərinin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır. “Son iclas” bədii-sənədli filminin məqsədi 23 aylıq şərəfli yol keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salmaq və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini cəmiyyətə çatdırmaqdır. Filmin texniki, eləcə də yaradıcı heyəti yerli mütəxəssislər və peşəkar aktyorlardır. “Son iclas”ın ssenarisi bu günədək araşdırılmamış və ya gizli saxlanılmış arxiv sənədləri əsasında qələmə alınıb. Ümumilikdə, bu film layihəsi üzərində altı aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər aparılıb. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarətdir. Ekran əsərində 50-dən çox peşəkar aktyor iştirak edib. Kütləvi səhnələrə isə 500-dək insan cəlb edilib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət çalışıb. Bakı Media Mərkəzi Azərbaycanın istiqlal tarixinin şanlı bir səhifəsini ekranlaşdırmaqla cəmiyyətimiz və tariximiz üçün faydalı bir işə imza atıb. “Son iclas” Azərbaycan Xalq Cümhuriyyətinin keşməkeşli tarixinin son günlərinə işıq salır və hökumətin son qərarını hansı çətin şəraitdə verdiyini əks etdirir. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizi istəməyən qüvvələrə və onların havadarlarına qarşı son anadək apardıqları qeyri-bərabər və qətiyyətli mübarizə əks olunur. Bu mübarizə faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğu qeyd edilir. Filmdə, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinin bu şərəfli tarixinin və faciəli taleyinin Azərbaycanın yenidən müstəqilliyə qovuşmasına örnək olduğu ön plana çəkilir. Ssenari müəllifi Müsəllim Həsənov, quruluşçu rejissoru Fuad Əlişov, quruluşçu operatoru Rəşad Nuriyev, quruluşçu rəssamı Şahin Həsənli olan bu filmin çəkilişləri paytaxtla yanaşı, bölgələrdə, tarixi hadisələrin yaşandığı ərazilərdə də lentə alınıb.

Ssenarist danışır...

Xronometrajı 1 saat olan filmin ssenari müəllifi Müsəllim Həsənov ekran əsərinin çəkilişləri zamanı müraciət olunan arxivlərlə bağlı bəzi məlumatları bizimlə bölüşdü. Sovet tarixşünaslığının Cümhuriyyətlə bağlı uzun illər çoxlu təhriflərə yol verdiyini söyləyən M.Həsənov bildirdi ki, əsl reallıq müxtəlif arxivlərdə araşdırma aparılarkən məlum olub. 

“O dövrdə sovet hökuməti insanlara təlqin edirdi ki, cümhuriyyət qurucuları hakimiyyəti guya müqavimətsiz təhvil veriblər. Ancaq biz bu ekran əsərində Cümhuriyyət qurucularının hansı çətin şəraitdə və hansı əhval-ruhiyyə ilə hakimiyyəti təhvil vermələrinin real mənzərəsini göstərməyə çalışmışıq. Cümhuriyyət döyüşçüləri Yalama yaxınlığında çox çətin bir döyüş yolu keçiblər. Biz filmdə bu səhnəni canladırmışıq. Bu döyüşdə Azərbaycan ordusunun 350-dək döyüşçüsü şəhid olub. Təbii ki, döyüşdə Qırmızı Ordu da itkilər verib. Təəssüf ki, bu faktla bağlı indiyədək vətəndaşlarımızda kifayət qədər ətraflı məlumat yox idi. Biz filmdə bu mənzərəni yaratmaqla insanları məlumatlandırmağa çalışmışıq. Ümumiyyətlə, film çəkilərkən Azərbaycan, Rusiya, Türkiyə, İngiltərə və Fransa arxivlərində saxlanılan tarixi sənədlərdən istifadə olunub”, - deyə filmin ssenari müəllifi söyləyib.

“Son iclas”la gələcək nəsillərə çatdırılır ki...

Heydər Əliyev Mərkəzində təqdimatı keçirilən ekran əsərinə baxdığımız zaman məlum oldu ki, burada ən çox 1920-ci ilin mart və aprel ayında yaşanılan hadisələr öz əksini tapıb. Yəni bu dövrdə hansı proseslər gedib, hansı qərarlar qəbul edilibsə, filmdə onu canlı olaraq görmək mümkündür. İstər Cümhuriyyət tərəfdarları, istərsə də anticümhuriyyətçilər filmdə əyani şəkildə tamaşaçıya göstərilir. Tamaşaçı filmdə baş verənlərin son dərəcə fərqindədir. Filmin əsas epizodları son tarixi iclasın keçirildiyi indiki Əlyazmalar İnstitutunun yerləşdiyi binada ekranlaşdırılıb. Filmdə Məhəmməd Əmin Rəsulzadənin Cümhuriyyət dövründəki obrazını aktyor Elnur Hüseynov, yaşlı dövrünü isə nəvəsi Rəis Rəsulzadə canlandırıb. Ekran əsərinin müəyyən epizodları, M.Ə.Rəsulzadənin xüsusən mühacirətdə olduğu yaşlı dövrü Türkiyədə çəkilib. 

Filmin tarixi əhəmiyyəti ilə yanaşı, maarifləndirici əhəmiyyəti də var. Ekran əsəri vasitəsilə gələcək nəsillərə çatdırılır ki, tarixən bizimlə heç vaxt düz gəlməyən bədnam qonşularımız olan ermənilər məkrli və çirkin məqsədlərini həyata keçirmək üçün fürsət düşdükcə bizə qarşı əks fəaliyyətdə olublar. Filmdə belə bir nəticəyə də gəlirik ki, Dağlıq Qarabağ problemi ermənilərin uzunmüddətli planıdır və onlar o dövrdən etibarən regionda olan kataklizmlərdən istifadə edib məqsədlərinə çatmaq istəyirlər. Ekran əsərində Cümhuriyyət qurucularının müstəqilliyimizin düşmənlərinə qarşı mübarizliyi faciə ilə başa çatsa da, onun Azərbaycanın istiqlal tarixinin şərəfli bir səhifəsi olduğunu tamamilə görmək olur. Müsəlman Şərqində ilk parlamentli respublikanın sonunu gətirən faciəvi hadisələrin işıqlandırıldığı “Son iclas”la Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin unudulmaz mərhələsi olduğu bir daha sübut edilir. İstiqlalımız və tariximizin ən şanlı səhifələrindən sayılan Cümhuriyyət adlı səhifədə xalqımızın arzuları, azadlıq, müstəqillik və milli birlik uğrunda mübarizə uğurları və qətiyyəti əks olunub. Cümhuriyyət hökuməti insanlara çox şey verə bilməsə də, amma milli azadlığın nə olduğunu başa saldı, milli istiqlal hissini dadızdırdı. Yəni deyildiyi kimi: “İkiillik hürriyyət qovğası bizi özümüzə tanıtdı”.

Tarixin salnaməsini yaradan ekran əsərləri

Sənədli filmlərin əhəmiyyəti təkcə tarixi hadisələri birbaşa və müstəqil təhlil etməkdən ibarət deyil. Bu janrda olan ekran əsərləri həm də konkret faktları və hadisələri bir-biri ilə tutuşdurmaq və təhlil etmək imkanları yaradır. Bakı Media Mərkəzi “Son iclas”la yenə də ənənəsinə sadiq qalaraq, Azərbaycan tarixinin əsrlərdən-əsrlərə daşınacaq salnaməsini yaratdı. Qafqazın ən böyük media mərkəzi olan Bakı Media Mərkəzi bu günədək çoxsaylı tamaşaçı auditoriyası tərəfindən sevilən “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Bir günəş altında” adlı ekran əsərlərini ərsəyə gətirib. Mərkəz “Son iclas”la yenə də ənənəsinə sadiq qalaraq Azərbaycan tarixinin salnaməsini yaratdı. Fransanın “C&C” şirkəti ilə birlikdə hazırlanan “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” adlı sənədli filmi “National Geographic” kimi məşhur kanalda 26 dildə yayımlanaraq, Azərbaycan neftinin İkinci Dünya müharibəsi illərində rolu barədə 26 ölkədə kifayət qədər aydın təsəvvür yarada bilib. Azərbaycan Xalq Cümhuriyyətinin Əlimərdan bəy Topçubaşovun başçılığı ilə Paris Sülh Konfransına göndərdiyi nümayəndə heyətinin keşməkeşli taleyindən bəhs edən “Əbədi ezamiyyət” sənədli-bədii filmi də böyük tamaşaçı rəğbəti qazanıb. Film ingilis və fransız dillərinə də tərcümə olunub. Azərbaycanda “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında” filmi isə 6 xarici dilə tərcümə olunub ki, multikulturalizmin Azərbaycan modeli barədə Avropa ölkələrində geniş təsəvvür yaradıb. Bakı Media Mərkəzinin beşillik fəaliyyəti dövründə ərsəyə gələn ekran əsərləri bilavasitə Mərkəzin prezidenti Arzu Əliyevanın baş prodüserliyi ilə həyata vəsiqə qazanıb. Şübhəsiz ki, bu kimi ekran əsərlərinin sayı çoxalacaq, Mərkəz tərəfindən ərsəyə gələcək neçə-neçə tarixi mövzulu filmlərin möhtəşəm təqdimatının şahidi olacağıq. Çünki tariximizə sahib çıxmağı bacarırıq.

Ceyhun Alışlı

AZƏRTAC-ın müxbiri

Yazı, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü və 22 iyul - Azərbaycan Milli Mətbuatının yaranmasının 143-cü ildönümü ilə əlaqədar keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinə təqdim etmək üçündür

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır

Azərbaycanın xarici ölkələrdəki hərbi attaşelərinin və nümayəndələrinin illik iclası keçirilib

Azərbaycanın sülh siyasəti Cənubi Qafqazda yeni reallıq formalaşdırır ŞƏRH

Gürcü iqtisadçı: Qlobal böhranlar fonunda Cənubi Qafqaz özünü regional əməkdaşlıq üçün əlverişli məkan kimi təqdim edir

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO

Tarixi Vaşinqton görüşü nələri dəyişdi? VİDEO