Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Qarabağ müharibəsində iki dəfə işğal edilən kənd - Yuxarı Qiyaməddinlidən REPORTAJ VİDEO

Ağcabədi, 6 may, Tahir Ağaməmmədov, AZƏRTAC

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kəndi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zamanı ən çox zərər çəkən yaşayış məntəqələrimizdən biridir. Təmas xəttinə yaxın məsafədə yerləşən bu kəndi 1993-cü və 1994-cü illərdə Ermənistan silahlı birləşmələri iki dəfə işğal etsə də, Azərbaycan Ordusu tərəfindən düşməndən azad olunub. Kəndi tərk etməyə məcbur qalan ermənilər evləri yandıraraq, hər tərəfə mina basdırıblar. Öz doğma yurdlarına qayıdan kənd sakinləri ötən dövrdə həm ermənilərin basdırdığı minalardan, həm də yaşayış məntəqəsinin tez-tez atəşə tutulmasından əziyyət çəkirlər. Lakin kənddə həyat hər zaman öz axarı ilə davam edir. Kənd sakinləri gündəlik qayğıları ilə məşğul olur, əkib-biçir, qurub-yaradırlar. Buna səbəb isə kəndin dövlətimizin hərtərəfli qayğısı ilə əhatə olunması, əhalinin yurda, torpağa bağlılığı, Azərbaycan Ordusuna və Ali Baş Komandana olan böyük inamıdır.

AZƏRTAC-ın bölgə müxbiri Yuxarı Qiyaməddinliyə gedərək, qəhrəman kənd sakinləri ilə həmsöhbət olub.

Yuxarı Qiyaməddinli kəndi 25 ildir erməni təxribatı ilə üz-üzədir

Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Şahlar Əsədov yerli sakinlərin 25 ildən çoxdur erməni təxribatı ilə üz-üzə qaldığını bildirir: “1993-cü ildə ermənilər kəndi işğal etsə də, tezliklə geri çəkilməyə məcbur oldu. Düşmən həmin vaxt 7 mülki vətəndaşı qətlə yetirdi. 100-dən artıq ev yandırıldı, 700 başdan çox xırdabuynuzlu heyvan aparıldı, 100 başadək iribuynuzlu heyvan tələf oldu. Kənd ikinci dəfə 1994-cü il iyunun 12-də işğal edilsə də, yenə ordumuz həmin gün düşməni buradan qovub çıxardı. Xain ermənilərin basdırdıqları minaların partlaması nəticəsində indiyədək 3-ü azyaşlı olmaqla, 5 nəfər həlak olub, 18 nəfər müxtəlif dərəcəli xəsarət alaraq, sağlamlığını itirib. Onlardan da 8-i uşaqdır. Düşmənin atəşi nəticəsində daha 2 dinc sakin həyatını itirib. Üç il əvvəl kənd sakini Zöhrab Hacıyev başından, ötən il isə Rahim Hacıyev təsərrüfat işləri apararkən belindən güllə yarası alıb".

Cəbhə kəndi dövlətin hərtərəfli qayğısı ilə əhatə olunub

Digər cəbhəyanı kəndlər kimi Yuxarı Qiyaməddinlidə də əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin həlli məqsədilə dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir.

Şahlar Əsədov bildirib ki, yaşayış məntəqəsində əhalinin su, qaz və elektrik problemləri həll edilib. Elektrik xətləri dəyişdirilərək, müasir SİP kabellərlə əvəzlənib. Əhaliyə yüksək səviyyədə rabitə xidməti göstərilməsi üçün Elektron Avtomat Telefon Stansiyası tikilib, mənzillərə telefon xətləri çəkilib və internetlə təmin olunub. Kənddə tibb məntəqəsi, poçt və 640 şagird yerlik orta məktəb binası da tikilib. Yola asfalt döşənib. Bundan başqa, suvarma suyuna tələbatın ödənilməsi üçün yeni subartezian quyuları qazılıb.

Atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər öz ahəngi ilə gedir

Yuxarı Qiyaməddinli kəndində 2017-ci ildə istifadəyə verilən məktəbdə şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait yaradılıb. Məktəb fənn kabinələri, laboratoriya, kompüter və sinif otaqları, akt zalı, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi, lazımi inventar və avadanlıqlarla təmin olunub. Burada 651 şagirdin təlim-tərbiyəsi ilə 55 müəllim məşğul olur. Cəbhə xəttində yerləşən kənd məktəbində şagirdlərin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir. Atəşkəsin tez-tez pozulmasına baxmayaraq, məktəbdə dərslər öz ahəngi ilə gedir. Məktəbin məzunları ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə edirlər. 

Məktəbin kollektivi ilə söhbət zamanı məlum oldu ki, altı gənc müəllim Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada təşkil etdiyi müsabiqədən keçərək cəbhə kəndində pedaqoji fəaliyyət göstərir. Onlardan biri - Gülnar Abbasova Tovuz rayon sakinidir. Məktəbdə coğrafiya fənnini tədris edən gənc müəllim deyib: “Kənd cəbhə xəttində yerləşsə də, məktəbdə şagirdlərin təlim-tərbiyəsi üçün hər cür şərait var. Müəllim kollektivi səmimi və mehribandır. Şagirdlərin təhsilə, oxumağa maraqları böyükdür. Uzaqdan gəlməyimə, kəndin cəbhə xəttində yerləşməsinə, atəşkəsin tez-tez pozulmasına baxmayaraq, bu məktəbdə çalışmaq mənim üçün xoşdur”.

Siniflərin birində dərs prosesini də izlədik. Şagirdlərin hamısı dərsdə iştirak edirdi. Hüsniyyə Məmmədova da onlardan biridir. O, dərslərdə həvəslə iştirak etdiklərini dedi: “Tez-tez atəş səsləri eşidilsə də, hər gün məktəbə gəlirik. Çalışırıq ki, dərsləri yüksək səviyyədə öyrənək. Ən böyük istəyim ali məktəbə qəbul olmaq və kəndimizdə müəllim işləməkdir”.

Cəbhə kəndinin sakinləri yaz qayğıları ilə məşğuldur

Hazırda Yuxarı Qiyaməddinli kəndində yaz-tarla işlərinin qızğın çağıdır. Kənd sakinləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər. 900 hektarda buğda, 30 hektarda arpa, 120 hektarda şəkər çuğunduru, 300 hektarda yonca, 300 hektarda pambıq becərilir. Əkin sahələrinin bir hissəsi təmas xəttinə yaxın olduğundan düşmən traktor və digər texnikaları, mal-qaranı atəşə tutur. Lakin ermənilərin təxribatları sakinləri qorxutmur.

Kənd sakini Malik Əliyev atəşkəsin tez-tez pozulmasının onları ruhdan salmadığını bildirib: “Düşmən atəşkəsi tez-tez pozur. Lakin bu bizi qorxutmur. Çünki biz öz Vətənimizdəyik, ordumuza, Prezidentimizə güvənərək kəndimizdə yaşayırıq və Ali Baş Komandanın əmri ilə hər an silaha sarılıb işğalçıları doğma torpaqdan qovmağa hazırıq”.

Malik Əliyevin bu fikirlərini görüşüb söhbət etdiyimiz digər sakinlərin də nikbin və inamla dolu baxışlarından oxuduq. Qürur hissi ilə Yuxarı Qiyaməddinli kəndindən və cəsur, əməksevər insanlardan ayrıldıq.

Biz yola çıxdıqda axşam düşmüşdü, kənddə isə həyat öz axarı ilə davam edirdi...

Qarabağ müharibəsində iki dəfə işğal edilən kənd - Yuxarı Qiyaməddinlidən  REPORTAJ VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilib

Şolts: 35 min Alman hərbçisi müttəfiqlərinə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub

® “Unibank” kredit faizini aşağı salıb, kredit məbləğini və müddətini artırıb

Doğuş prosesi təcili tibbi yardım avtomobilində gerçəkləşib

Hazırda ABŞ və bəzi Qərb dövlətlərinin maraqlarının təmin edilməsi üçün Ermənistan əlverişli platformadır - RƏY

Laçında müntəzəm marşrut xətləri açılıb - EKSKLÜZİV

Bu il “Xarıbülbül” festivalı Şuşa və Laçında keçiriləcək

Ölkəmizə idxal olunan baytarlıq preparatlarında uyğunsuzluq aşkarlanıb

Dövlət Komitəsinin sədri Yevlaxda vətəndaşların müraciətlərini dinləyəcək

Zemfira Meftahətdinova: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi ən düzgün qərar idi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 27 may tarixli 97 nömrəli Qərarı ilə təsdiq edilmiş “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi Qaydaları”nda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

DTX-nin əməkdaşları “Heydər zirvəsi”nə yürüş təşkil ediblər

BDU tələbələri üçün imtahan stresinin idarə olunmasına dair təlim

ADA Universiteti: Yüksək səviyyəli ali təhsilin məkanı və beyin mərkəzi

“Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində növbəti ictimai dinləmə Gəncədə keçirilib

Avropa çempionatında Azərbaycanı təmsil edəcək taekvondoçular bəlli olub

Dövlət Komitəsi ilə “Bakcell” arasında memorandum imzalanıb

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

“Vaksinasiyaya dəstək”: Regionlarda immunizasiya kampaniyası davam etdirilir

“Heydər Əliyev Azərbaycan Respublikasının innovativ inkişafının banisidir” – DİA-da elmi seminar

Bağdadda Azərbaycan-İraq əlaqələrinin perspektivləri müzakirə edilib

ADNSU-da Ümummilli Liderə həsr olunmuş respublika elmi konfransı keçirilir

Avropaya gedən iki mininci yük qatarı Çinin şərq limanını tərk edib

Bakı şəhəri dünyanın “İdman Paytaxtı” seçilib

Tanınmış basketbolçu Azərbaycan millisindəki karyerasını bitirir

Dövlət Tərcümə Mərkəzində Gürcüstan poeziyası günləri

Son hadisələr Gürcüstanın növbəti geosiyasi qarşıdurma arenasına çevrilməsinə xidmət edir ŞƏRH

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahan verəcək namizədlərin nəzərinə

Azərbaycan və Kosta Rika Gimnastika Federasiyaları arasında memorandum imzalanıb

Polşa Ukraynaya qoşun göndərmək niyyətində deyil

Türkiyədə mobil rabitə abonentlərinin sayı ölkə əhalisinin sayını üstələyir

Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda beynəlxalq festivalın sertifikatına layiq görülüb

Apreldə su hövzələrindən 21 min 810 metr uzunluğunda sintetik tor yığışdırılıb

Cənubi Koreyada 2044-cü ilədək işçi qüvvəsi xeyli azalacaq

“AzerGold”un qızıl sikkə kolleksiyaları Birləşmiş Krallıqda nümayiş etdirilib

“Panatinaikos” klubu Fatih Terimlə yollarını ayırır

Gəncə Dövlət Universitetində fənn olimpiadası keçirilib

BDU-da görkəmli dilçi alimin 95 illiyi qeyd olunub

Mingəçevir Dövlət Universitetində günəş enerjisi paneli quraşdırılıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin nəticələri açıqlanıb: 252 namizəd müsabiqə şərtini ödəyib

® ABB-nin baş sponsorluğu ilə ADA-da keçirilən “Karyera Həftəsi” başa çatıb

“İƏT Beynəlxalq Münasibətlər Akademiyası-2024” öz işinə başlayıb

UNEC-in MBA proqramında yeni ixtisaslaşma açılıb

Dövlət Pantomim Teatrı ölkəmizi Qazaxıstanda beynəlxalq festivalda təmsil edib

“Cabbar Həşimov” tankeri əsaslı təmirdən sonra yenidən istismara qaytarılıb

Ermənistanın Azərbaycanla yeni qarşıdurmalara sürüklənməsi və rəsmi Bakıya siyasi təzyiqlər cəhdi Qərbin çeşidli planlarındandır - RƏY

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edib

Bakıda Türk Dünyası Ortaq Əlifba Komissiyasının ikinci iclası keçirilib YENİLƏNİB

Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının İstanbulda keçirilən səhiyyə proqramında təmsil olunur

Azərbaycanın iki güləş hakimi beynəlxalq kateqoriyaya yüksəlib

Bakıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktik konfrans keçirilib VİDEO

Niderlandda Azərbaycan qadınına həsr edilmiş konfrans keçirilib

BMT-nin Meşə Forumunun sessiyası keçirilir

“digital.login” platformasının təkmilləşdirilmiş yeni versiyası istifadəyə verilib

ViaVoice: Fransızların əksəriyyəti Avropa iqtisadiyyatının pisləşəcəyini düşünür

İlahiyyat İnstitutunun “Qonağınız müəllimlərinizdir” layihəsi davam edir

“Pedaqoji Universitetin Gələcək Təhsil Liderləri” müsabiqəsinin yarımfinalı keçirilib

Sabitlik adası Azərbaycanda milli maraqlara uyğun siyasət yürüdülür ŞƏRH

Şotlandiya Milli Partiyasına yeni lider seçilib

Nazir: Ülviyyə Fətəliyevanın Avropa çempionluğu şahmatın inkişafına töhfə verəcək

Alman dili fənni üzrə sertifikatlaşdırma imtahanına dair vebinar keçiriləcək

Ulu Öndər Heydər Əliyev Ukraynada böyük sevgi ilə anılır - AZƏRTAC-ın VİDEOREPORTAJI

Lionel Messi MLS-də yeni rekorda imza atıb

Ümummilli Lider Heydər Əliyevin Şərq siyasəti - elmi sessiya