15 İYUN - QURTULUŞ GÜNÜ MÜNASİBƏTİLƏ BİR SIRA RABİTƏ OBYEKTLƏRİ YENİDƏN QURULMUŞDUR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi 15 iyun - Milli Qurtuluş günü münasibətilə rabitənin keyfiyyətini yaxşılaşdırılması üçün bir sıra obyektlərdə yenidənqurma işləri aparmışdır.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Türkan qəsəbəsində müasir tipli yeni ATS istifadəyə verilmiş, Binə qəsəbəsində ATS-456-da tələbata uyğun olaraq əlavə stansiyalararası kanal artırılmışdır.
ATS-440/441, ATS-493/498-də rabitənin keyfiyyətinin yaxşılaşdırılması üçün müvafiq işlər görülmüş, Gürgən və Pirallahı ATS-ləri arasında yeni radio-rele avadanlığı quraşdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]