DÜNYA
15 nəfər gürcü dənizçi dəniz quldurlarının əsirliyindən azad edilmişdir
Bakı, 9 yanvar (AZƏRTAC). AZƏRTAC Lenta.ru saytına istinadla xəbər verir ki, bir ildən artıq Somali dəniz quldurlarının əlində əsirlikdə qalmış “Olib” gəmisinin dənizçiləri əsirlikdən azad edilmişlər. Dənizçilər arasında 15 nəfər gürcü də vardır.
Hazırda formal immiqrasiya prosedurundan keçməkdə olan dənizçilər sonra evlərinə yola salınacaqlar.
Əsirlikdən azad edilənlərin əvəzinə pul odənilib-ödənilməməsi barədə məlumat verilmir.
Qeyd edilir ki, əsir dənizçilərin azad edilməsi barədə bütün danışıqlar Gürcüstan Prezidentinin nəzarəti altında yüksək rütbəli gürcü çinovnikləri tərəfindən aparılmışdır.
Malta bayrağı altında üzən Yunanıstana məxsus “Olib” gəmisi 2010-cu il sentyabrın 8-də ələ keçirilmişdi. Quldurlar gəminin azad edilməsi üçün əvvəcə 15 milyon dollar pul istəmişdilər. Sonra isə isə bu rəqəmi 9 milyonadək azaltmışdılar. Gəminin sahibi isə quldurlara pul yox, gəmini təklif etmişdisə də, quldurlar buna razı olmamışdılar.