Azərbaycan Dövlət İnformasiya Agentliyi

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib VİDEO

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib VİDEO

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 2-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib.

AZƏRTAC müsahibəni təqdim edir.

- Cənab Prezident, Siz artıq qələbəni dadmısınız?

- Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik. Bildiyiniz kimi, bütün bu müddət ərzində Azərbaycan danışıqlar prosesinə ciddi şəkildə sadiq olub. Lakin əfsuslar olsun ki, bu, hər hansı əhəmiyyətli nəticə vermədi. Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik.

- Putin müdaxilə etmək istəmir. Beləliklə, Siz maneəsiz hərəkət edə bilərsiniz?

- Əslində, mən dəfələrlə vəziyyəti şərh etmişəm ki, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan Minsk qrupunun həmsədrləri - üç ölkə 1993-cü ildə Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələr qəbul ediblər. Ona görə də, bu ölkələr özləri həll üçün qanuni baza yaradıblar. Lakin Ermənistan bu qətnamələri yerinə yetirmədi. Mənim istinad etdiyim başqa bir məqam ondan ibarətdir ki, vasitəçilər vəziyyətlə bağlı necə fikirdə olmaqlarından, bizimlə və ya Ermənistanla əlaqələrinin nə dərəcədə yaxın olmağından asılı olmayaraq neytral olmalıdırlar. Lakin onlar neytral olmasalar, vasitəçi ola bilməzlər. Ona görə də, bizim yerində bu və ya digər dərəcədə gördüyümüz neytrallıq, düşünürəm ki, işlərin necə getməsinin yeganə yoludur. Odur ki, bu, bizim üçün yaşıl işıq deyildi. Biz sentyabrın 27-də Ermənistanın hücumunadək nə edəcəyi barədə 100 faiz təsəvvürümüz olmadan cavab verdik, biz ölkəmizi qorumaq, insanlarımızı qorumaq və ədaləti bərpa etmək üçün doğru olduğunu düşündüyümüzü etdik.

- Rəsmi Ankaranın dəstəyi Sizin fəaliyyətiniz üçün nə dərəcədə səmərəlidir?

- Çox səmərəlidir. Bu dəstək lap əvvəldən, sentyabrın 27-də başlayan toqquşmaların ilk saatlarından gəldi. Türkiyə Prezidenti çox aydın bəyanatla çıxış etdi ki, Türkiyə Azərbaycanın yanındadır və bu, siyasi və mənəvi dəstəyin çox mühüm göstəricisi idi. Mən dəfələrlə o fakta diqqət çəkmişəm ki, bu, yalnız siyasi və mənəvi dəstəkdir, lakin bu, kifayət idi. Çünki Türkiyə kimi güclü ölkə bu məsələ ilə bağlı mövqeyini açıq şəkildə bəyan edəndə, həm də bütün dünyaya mesaj göndərir ki, Azərbaycan doğru işi görür. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik. Ona görə də, toqquşmaların ilk saatlarında başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir.

- Sizin ordunuzla birlikdə Ermənistana qarşı döyüşən mücahidlərin mövcudluğu barədə Prezident Makron, Rusiyanın Xarici İşlər nazirinin söylədikləri barədə nə deyə bilərsiniz? Bu, doğrudur?

- Bu müddət ərzində, bir aydan çox vaxtda mən artıq dəfələrlə bu məsələyə diqqət çəkmişəm və demişəm ki, bu, doğru deyil. Bu, doğru məlumat deyil. Mən bilmirəm bu məlumat niyə yayılmışdı və hələ də yayılır. Birincisi, bizə bununla bağlı heç bir dəlil, heç bir sübut təqdim olunmayıb. Hamısı sözlər idi və bu sözlər münaqişənin ilk günlərində söylənmişdi. Siz Prezident Makronun bununla bağlı bəyanatına istinad etdiniz. Bu, yalnız münaqişənin ilk günlərində idi. O vaxtdan bu yana biz bu cür bəyanatlar eşitməmişik. Bu, birincisi. Heç bir sübut, heç bir dəlil. İkincisi, ehtiyac yoxdur. Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var. Ona görə də, buna ehtiyac yoxdur. Lakin əfsuslar olsun ki, digər tərəfdə baş verənlərə məhəl qoyulmur. Bizdə əcnəbilərin Ermənistan tərəfindən döyüşdüyünə dair kifayət qədər dəlillər var. Onlar erməni əsilli olduqlarını deyirlər, lakin birincisi, bunun heç bir fərqi yoxdur. Çünki əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, o, muzdludur. Bundan əlavə, onların hamısının erməni olmasına dair bizdə 100 faiz dəlil yoxdur. Biz başqalarının olduğunu bilirik. Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma “Dağlıq Qarabağ ordusu”na qoşulublar. Ona görə də, əfsuslar olsun ki, bu məsələ qətiyyən müzakirə mövzusu deyil. Bu, Azərbaycana qarşı qəsdən törədilmiş hücum barədə siyasi hücum təəssüratı yaradır. Bundan əlavə, ermənilərin bu yalan bəyanatdan sui-istifadə etmələrinin səbəbi odur ki, bizim onları döyüş meydanında məğlub etdiyimizi qəbul etmək onlar üçün yəqin ki, çox ağrılıdır. Onlar 30 il ərzində özlərini elə göstərirdilər ki, məğlubedilməz orduları var. Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların “guya məğlubedilməz ordusu” əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir.

- 98 faiz ermənilərin məskunlaşdığı ərazidə mümkün qələbəni qazanmağın Sizin üçün hansı çətinliyi olacaq?

- Bu ərazidə bəlkə də indi daha çox erməni məskunlaşıb, çünki bütün azərbaycanlılar didərgin salınıblar. Onlar azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirdilər. Bu, statistikadır, bizim deyil, sovet dövrünün statistikasıdır. 1970-ci illərin sonunda Dağlıq Qarabağ muxtar vilayətində müxtəlif millətlərdən olan neçə nəfər yaşayırdı? Əhalinin demək olar ki, 25 faizi azərbaycanlılar idi, 40 min nəfər. Şuşada 98 faiz azərbaycanlılar məskunlaşmışdılar. Bu gün orada bir nəfər azərbaycanlı belə yoxdur. Xankəndidə çox sayda azərbaycanlı var idi. Hadrut rayonunda, digər rayonlarda, soyqırımı törətdikləri Xocalıda 100 faiz azərbaycanlılar idi. Beləliklə, onların hamısı etnik təmizləməyə məruz qalıb, qətlə yetirilib, işgəncəyə məruz qalıb və didərgin salınıblar. Təəssüflər olsun ki, heç kim Ermənistanı bunda günahlandırmayıb. Biz Ermənistana qarşı hər hansı sanksiyaları görmədik, bizə hər hansı ciddi informasiya dəstəyi görmədik. Beləliklə, bu, edildi və onlar yerində reallıq yaratdılar. Bu, birincisi. İkincisi, 200 il bundan əvvəl orada, ümumiyyətlə, erməni yox idi. Çünki mən Qarabağ xanının Rus imperiyası ilə imzaladığı müqavilələrə dəfələrlə istinad etmişəm. Həmin müqavilədə - 1805-ci il Kürəkçay müqaviləsində etnik ermənilər barədə heç nə deyilmir. Etnik ermənilər bu regiona onun dini və etnik tərkibini dəyişdirmək məqsədilə Şərqi Anadoludan və İrandan çar Rusiyası tərəfindən gətirilmişdilər. Beləliklə, bu, tarixi hissəsidir. İndi sizin sualınıza gələk. Mən dəfələrlə demişəm ki, Dağlıq Qarabağda yaşayanların hamısı orada sülh və ləyaqət içində yaşamağa davam edəcəklər. Ermənilər bizim vətəndaşlarımızdır. Azərbaycanın müxtəlif yerlərində, əsasən, Bakıda minlərlə erməni yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin ediləcək, onların maddi vəziyyəti daha yaxşı olacaq və onlar bu gün Dağlıq Qarabağdakı xunta rejiminin basqısı altında olduğundan daha yaxşı həyat sürəcəklər.

- Üç atəşkəs artıq pozulub. Sülh danışıqlarının heç bir nəticə vermədiyi görünür. Buna görə kim günahkardır?

- Ermənistan. Xronologiyaya nəzər salın. Birinci atəşkəs Moskvada razılaşdırılmışdı, 24 saatdan da az vaxt ərzində onlar Ermənistan ərazisindən ballistik raketlə Gəncəyə hücum etdilər. Bu, sübut olunub. Rusiya, Fransa, Amerika Birləşmiş Ştatları və bir çox başqa ölkələr ballistik raketin haradan buraxılmasını aşkar edə bilərlər. Odur ki, onlar raketin Ermənistandan buraxıldığını bilirlər. Paşinyan bunu onlar etməyiblər dedikdə yalan danışırdı. Bu, 24 saatdan az müddətdə baş vermişdir və onlar gecə çox namərdcəsinə hücum etdilər, onlar bilərəkdən yaşayış yerinə hücum etdilər və bu iki hücum nəticəsində demək olar ki, 30 günahsız insan, o cümlədən uşaqlar öldürülmüşdür. İkinci atəşkəs elan olunduqdan beş dəqiqədən sonra onlar tərəfindən pozulmuşdur və üçüncü atəşkəsi onlar Bərdəyə hücum etməklə pozdular. Beləliklə bunu edən biz deyildik. Biz nə etməli idik? Onlar bizi öldürdükdə oturub gözləməli idik? Əlbəttə ki, biz cavab verdik və bunu etməyə davam edəcəyik. Onlara atəşkəs təcavüzlərini davam etdirmək, bizim azad etdiyimiz torpaqları geri alıb və yenidən işğal etməyə cəhd etmək üçün lazım idi. Onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər. Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi.

- Üç həftə bundan qabaq görüşdüyüm baş nazir Paşinyana cavabınız nə olar? O dedi ki, Dağlıq Qarabağda yeni soyqırımının olmasından qorxur.

- Tamamilə yalandır. Onların bütün tarixi yalandır. Bunun heç bir əlaməti yoxdur. Mən dedim ki, Azərbaycanda minlərlə erməni yaşayır. Ermənistanda və ya Dağlıq Qarabağda yaşayan heç bir azərbaycanlı yoxdur. Ermənistan əhalisinin 99 faizi etnik ermənilərdir. Regionumuzda bir millətin belə üstünlük təşkil etdiyi başqa bir ölkə tapa bilərsinizmi? Bu, monorespublikadır. Nəyə görə? Çünki onlar ya hər kəsi qovublar, ya da başqa millətlər orada yaşaya bilmir. Azərbaycan multietnik, çoxkonfessiyalı ölkədir. Buna görə dırnaqarası soyqırımı haqqında danışmaq tamamilə qəbuledilməzdir və bu, onların təqdim etmək istədiyi daha bir feykdir, necə ki, onlar bunu həmişə edirlər. Onlar həmişə özlərini əziyyət çəkən, həmişə ağlayan, həmişə köməyə ehtiyacı olan insanlar kimi təqdim etmək istəyirlər. Lakin, baxın, bu gün nələr baş verir. O, Prezident Putinə gündə beş dəfə zəng edir, o, Prezident Makrona ola bilsin bir qədər az zəng edir, amma yenə də zəng edir, o, hər kəsə zəng edir. O, Avropa liderlərinə zəng edir. O, Dağlıq Qarabağın tanınmasını xahiş edir, lakin başa düşmür ki, Azərbaycanın ərazi bütövlüyü ilə bağlı Avropa İttifaqının vahid mövqeyi var. Ona görə müəyyən dəstəyi əldə etmək üçün o, hər bir feyk üsuldan istifadə etməyə çalışır. Odur ki, dediyim kimi bu, tamamilə yalandır. Mən dediyim sözlərə cavabdehəm, Dağlıq Qarabağda yaşayan ermənilər əmin ola bilərlər ki, onların təhlükəsizliyi təmin olunacaq.

- İtaliya ilə Sizin xüsusi tərəfdaşlığınız var. Siz bizim birinci neft və qaz təchizatçımızsınız. Müharibə daha çox qanın tökülməsinə səbəb olarsa, bunun tərəfdaşlığa təsir etməyindən qorxmursunuz?

- Mən belə hesab etmirəm. Birincisi, mən düşünürəm ki, müharibə nə qədər tez qurtarsa, bir o qədər də yaxşı olar. Biz belə bir təklif irəli sürdük və bizim təklifimiz çox konstruktiv idi. Bu bir aydan çox müddətdə mən dəfələrlə demişəm və bir daha təkrar edə bilərəm ki, Ermənistanın baş naziri yerdə qalan ərazilərin boşaldılacağına dair üzərinə öhdəlik götürsə, biz bu gün dayanmağa hazırıq. Hələ ki, o, üzərinə belə bir öhdəlik götürməyib. Kompromislər haqqında ona sual verildikdə o, həmişə öz müqəddəratını təyinetmədən danışır. Lakin öz müqəddəratını təyinetmə onların getməli olduğu kompromis deyil. Onların kompromisi BMT Təhlükəsizlik Şurasının qətnamələrinin və əsas prinsiplərin icrasına müvafiq olaraq işğal olunmuş bütün ərazilərin boşaldılması olmalıdır. Əsas prinsiplərdə deyilir ki, əvvəlcə beş rayon, sonra da iki rayon boşaldılmalıdır. Biz artıq dörd rayonu birtərəfli qaydada azad etmişik. Buna görə də o, deməlidir ki, qoşunlarını Ağdam, Kəlbəcər və Laçın rayonlarının işğal altında qalmış ərazilərindən geri çəkəcəkdir. Lakin o, bəyanat vermir. Bu, onu göstərir ki, o, müharibənin dayanmasını istəmir. Biz hazırıq, bu, birincisi. Mən bunun bizim tərəfdaşlarla hər hansı mürəkkəblik yaradacağını düşünmürəm. İtaliya ilə bizim xüsusi münasibətlərimiz var. Biz Strateji Tərəfdaşlıq Sənədi adlanan sənədi imzalamışıq. Mən pandemiyadan əvvəl İtaliyaya rəsmi səfər etmişdim, o, çox uğurlu olmuşdur və biz böyük planlarla geriyə, evə döndük. Mən əminəm ki, biz bu planları icra edəcəyik, baxmayaraq ki, pandemiya onlara bir az müdaxilə etdi. Lakin bu planlar əsasən enerji sektoru ilə əlaqəli deyildi. Düşünürəm ki, biz enerji istiqamətində bütün planlaşdırdıqlarımızı icra etdik. Hesab edirəm ki, bu gün İtaliya neft təchizatına görə bizim üçün əsas ticarət tərəfdaşıdır və tezliklə biz TAP-ın açılışını qeyd edəcəyik və bununla da Cənub Qaz Dəhlizi tamamlanmış olacaqdır. Üstəgəl, bir çox italyan şirkəti uzun illərdir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Biz podratçı qismində daha çox italyan şirkətlərini dəvət etməyi planlaşdırırıq. Yeri gəlmişkən, burada onlar neft-kimya məhsulları üzrə bir çox önəmli layihələri tamamlamışdılar və biz Prezident Mattarella ilə birlikdə açılış mərasimində iştirak etmişik. Buna görə mən əminəm ki, bu münaqişə bizim təkcə İtaliya ilə münasibətlərimizə yox, heç bir ölkə ilə münasibətlərimizə təsir etməyəcək. Mən bundan əminəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

Prezident İlham Əliyev İtaliyanın “La Repubblica” qəzetinə müsahibə verib VİDEO

Mərkəzi Bank: Neftin orta qiyməti bu il üçün 92,8 dollar, 2027-ci il üzrə isə 82,8 dollar nəzərdə tutulub

“ASAN xidmət” və BMT Bakıda beynəlxalq sammit təşkil edəcək

Taleh Kazımov: Gələn il ÜDM 2,4 faiz artacaq

BMT hesabatı: Azərbaycan sosial inklüziv transformasiya üzrə yüksək mövqedədir

Plutonun ətrafında fırlanan yeni cırtdan planet kəşf edilib

Mərkəzi Bankın sədri: Fiziki şəxslərin əmanətlərinin dollarlaşması 3,3 faiz bəndi azalıb

Saatlıda fermer və sahibkarlar dövlət dəstəyi mexanizmləri barədə məlumatlandırılıblar

Doqquz ayda dövlət büdcəsinin gəlirləri 29,3 milyard manat, xərcləri 25,3 milyard manat olub

Mərkəzi Bank: Oktyabrdakı 7 valyuta hərracının 5-də tələb qeydə alınmayıb

156 və 156A nömrəli marşrutlar üzrə avtobuslar yenilənir

Taleh Kazımov: Azərbaycanın strateji valyuta ehtiyatları 89,4 milyard dollara çatıb

AMADA nümayəndələri IDEA Heyvanlara Qayğı Mərkəzinin qonağı olublar

® “Unibank” məktəblilər üçün maliyyə savadlılığı təlimi keçirib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Dünyada "ASAN xidmət" mərkəzləri əsasında 800 milyondan çox vətəndaşa xidmət göstərilir

Pakistanda ambulansın partlaması nəticəsində 9 nəfər ölüb

Asiya-Sakit okean regionu Azərbaycan turizmini kəşf edir

Masallıda baş verən qəzada sərnişin ölüb

Elnur Bağırov: İqtisadi əlaqələrin genişlənməsi rəqabət orqanları arasında əməkdaşlığın əhəmiyyətini artırır

AzTU Rumıniya İqtisadi Elmlər Akademiyası ilə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib

Məhəmmədəli Xudaverdiyev: BMT tədbirinin Azərbaycanda keçirilməsi "ASAN xidmət"in beynəlxalq sahədə təşviqinə verilən dəyərin göstəricisidir

Moskva ilin əvvəlindən bəri ən kütləvi dron hücumuna məruz qalıb

“Araz-Naxçıvan”ın futzalçısı: Rəqib bizi yaxşı mənada təəccübləndirdi

“Associated Press”: ABŞ Yaxın Şərqdəki müttəfiqlərinə aralıq seçkilərindən sonra İrana hücum edəcəyi barədə xəbərdarlıq edib

Azərbaycanda əmanətlərin dollarlaşma səviyyəsi 3,3 faiz azalıb, nağd valyuta satışı alışı 759 milyon dollar üstələyib

® Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Elnur Bağırov: Rəqəmsal platformaların bazar gücünün qiymətləndirilməsi xüsusi təhlil tələb edir

“Sənət dialoqu” layihəsi çərçivəsində növbəti görüş

ARDNF və İndoneziya arasında investisiya əməkdaşlığının genişləndirilməsi dəyərləndirilib

BMT münaqişə zonalarında mülki şəxslərin təhlükəsizliyini təmin etməyə çağırıb

Noyabr ayında Bakıda BMT-nin daha bir tədbiri baş tutacaq

Liviyada İran və Əfqanıstan vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulub

Dövlət Turizm Agentliyinin sədri: Pekində nümayəndəliyin açılması Asiya bazarları ilə əlaqələrimizi daha da gücləndirir

“Turan” voleybol klubu Çempionlar Liqasında cavab oyununu keçirəcək

Fuad Nağıyev: Asiya-Sakit okean regionu turizm baxımından ən dinamik və inkişaf edən regionlardan biridir

Mərkəzi Bank illik inflyasiya ilə bağlı proqnozunu açıqlayıb

Bakıda Atatürkün abidəsi ziyarət olunub

® “AzInTelecom”un rəqəmsal imza infrastrukturu beynəlxalq “WebTrust for CA” auditindən uğurla keçib

Türkiyədə Cümhuriyyət Günü qeyd olunur

Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb

Elnur Bağırov: Rəqabət Məcəlləsi qanunvericiliyin müasir əsaslar üzərində tətbiqinə imkan yaradıb

Azərbaycan Kubokunda II təsnifat mərhələsinə 2 oyunla yekun vurulacaq

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Qızıl və gümüş ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Birjalarda neft ucuzlaşıb VİDEO

Azərbaycan nefti 125 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 125 dollardan baha satılır VİDEO

Bakıdan Norveçə uzanan musiqi körpüsü: AZƏRTAC 30 il sonra xatirələri yenidən canlandırdı VİDEO

Bakıdan Norveçə uzanan musiqi körpüsü: AZƏRTAC 30 il sonra xatirələri yenidən canlandırdı VİDEO

Azərbaycan millisi U-15 dünya çempionatında növbəti oyununa çıxır

Yaponiya Şimali Koreyanın ballistik raket buraxdığını ehtimal edir

Xankəndidə MDB-yə üzv dövlətlərin Antiinhisar Siyasəti üzrə Dövlətlərarası Şurasının 61-ci iclası keçirilir

Birinci vitse-prezident Mehriban Əliyeva Türkiyə xalqının Cümhuriyyət Bayramını təbrik edib

Konstitusiya Məhkəməsi Plenumunun iclasında Nərimanov Rayon Məhkəməsinin müraciəti əsasında qərar qəbul olunub

Azərbaycan mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə və sülhün təşviqinə mühüm töhfələr verir RƏY

Bakının bəzi yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Donald Tramp Hörmüz boğazının adını dəyişərək öz adını vermək niyyətində olduğunu bildirib

Tramp Bolsonaro ilə bağlı vəziyyətə müdaxilə etməyəcəyini bildirib

Flaviu Bolsonaro özünü Braziliyanın seçilmiş prezidenti elan edib

Avropa İttifaqı və Kanada liderləri Monrealda ikigünlük sammitdə bir araya gələcəklər

Almaniyadan 40 nəfər Əfqanıstan vətəndaşı deportasiya edilib

NASA astronavtları yeni nəsil Günəş panelləri quraşdırmaq üçün kosmosa çıxacaqlar

“Nature”: Afrikada 717 milyondan çox insanın təmiz suya çıxışı yoxdur

ABŞ-də cərrah xəstəni özündən 55 kilometr məsafədə əməliyyat edib

“Bloomberg”: Süni intellekt sənayesinin kreditləşdirilməsi imkanları tükənmək üzrədir

“Liverpul” “Çelsi”ni məğlub edərək İngiltərə Liqa Kubokunun 1/4 finalına yüksəlib

Moskvanın Jukovski hava limanında uçuşlara qoyulan məhdudiyyətlər aradan qaldırılıb

Kriştianu Ronaldo tarixdə “Qızıl top” mükafatının ən yaxşı sahibi seçilib

CENTCOM İranın Hörmüz boğazında gəmilərin minalara düşməsi ilə bağlı iddialarını təkzib edib

“Al Hadath”: Vasitəçilər İrana və ABŞ-yə noyabrın 4-dək görüş keçirməyi təklif ediblər

Avropa Kuboku: "LANDAU Lions" qalib gəldi, "Neftçi" məğlub oldu

İran vasitəçilərlə diplomatik təmasları davam etdirmək niyyətindədir

Qazaxda Zəfər Gününə həsr olunan intellektual yarışda 25 komanda mübarizə aparıb VİDEO

Qazaxda Zəfər Gününə həsr olunan intellektual yarışda 25 komanda mübarizə aparıb VİDEO

Xankəndidə MDB ölkələrinin rəqabət siyasəti üzrə birgə fəaliyyətinin yeni istiqamətləri müəyyənləşdirilib

Prezident İlham Əliyev qatar qəzası ilə bağlı İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Azərbaycanlı kolleksiyaçı Azad Kərimovun qarajında hansı model avtomobillər qorunub saxlanılır? VİDEO

Çində korrupsiyaya nəzarət edən keçmiş məmur haqqında edam qərarı verilib

BIAF-2026: İncəsənət bayramı paytaxta qayıdıb

Masallıda Zəfər Günü münasibətilə ağacəkmə aksiyası keçirilib

Çempionlar Liqası: "Araz-Naxçıvan" məğlub olub

"Kəpəz" Azərbaycan Kubokunda 1/8 finala yüksəlib

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Bakıda İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan hüquq-mühafizə orqanları rəhbərlərinin üçüncü Yüksəksəviyyəli Görüşü keçirilib  YENİLƏNİB VİDEO

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

Azərbaycan teatrı Qazaxıstanda keçirilən beynəlxalq kukla teatrları festivalında iştirak edib

Bu saata olan əsas xəbərlər

Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib

Syerra-Leoneli gənc lider: Mədəniyyətlərarası Dialoq Forumu gənclər üçün yeni imkanlar yaradır

Heydər Əliyev Fondu ilə ICESCO arasında əməkdaşlığa dair növbəti saziş imzalanıb

Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb

Koji Yamaquçi: Mədəniyyətlərarası Dialoq Forumu sülh naminə konstruktiv dialoq üçün mühüm platformadır

Azərbaycan voleybol klubu Danimarkada qələbə qazanıb

Türkiyə şirkətləri “Akkuyu” Atom Elektrik Stansiyası layihəsində pay almaqda maraqlıdır

Bakıda ICESCO-nun “Sülh kitabı”nın Azərbaycana həsr edilən III nəşrinin təqdimatı olub

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub VİDEO

FIFA U-15 dünya çempionatı: Azərbaycan millisi Cəbəllütariqə böyük hesabla qalib gəlib

Tuqay Rəhimli: İƏT-ə üzv dövlətlərin korrupsiyaya qarşı mübarizə aparan qurumları arasında əməkdaşlıq güclənəcək

Baş katib: Azərbaycanın sədrliyi ilə İƏT-in fəaliyyətinin daha da güclənəcəyinə inanıram

İspaniyanın Əndəlus şəhərində qatar faciəsi ilə bağlı matəm elan edilib

"Bavariya"nın baş məşqçisinin səhhətindəki problemin səbəbi tapılmır

Bakı beynəlxalq dialoqun və əməkdaşlığın mühüm platformasıdır ŞƏRH

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Muzeylər inklüzivlik və həmrəylik məkanı kimi YENİLƏNİB VİDEO

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: Muzeylər inklüzivlik və həmrəylik məkanı kimi YENİLƏNİB VİDEO

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Bakıda 150 müəssisə 1000-dən artıq vakansiya təqdim edib VİDEO

Azərbaycan XİN İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib