ELM VƏ TƏHSİL


Kimyaçı alimlər “ELSEVIER” nəşriyyatına daxil olan nüfuzlu jurnallarda 14 məqalə dərc etdiriblər

Bakı, 27 yanvar, AZƏRTAC

Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutu COVID-19 pandemiyası dövründə ciddi karantin rejiminə baxmayaraq 2020-ci ildə dünyanın tanınmış elmi nəşriyyatlarından hesab olunan “ELSEVIER”ə daxil olan nüfuzlu jurnallarda məhsuldar fəaliyyət göstərib. İnstitutun alimləri 2020-ci ildə “ELSEVIER”ə daxil olan jurnallarda 14 məqalə dərc etdiriblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bununla bağlı nəşriyyatın icraçı direktoru Filip Terşgenin elmi müəssisənin direktoru, akademik Vaqif Fərzəliyevə təşəkkür məktubu ünvanlayıb.

Məktubda deyilir: “2020-ci ilin olduqca çətin bir il olduğu düşüncəsi ilə razılaşmayan çox az adam olar. Bizim nəşriyyatın ayrı-ayrı jurnallarında pandemiya dövründə dərc etdirdiyiniz əsərlər hər zamankından daha çox ağır şərtlərdə böyük fədakarlıq və zəhmət nəticəsində ərsəyə gəlib, oxucu auditoriyamızın böyük marağına səbəb olub. Belə məqalələrdən biri də “Bioüzvi kimya” (“Bioorganic chemistry”) jurnalında dərc olunan “Fizioloji əhəmiyyət kəsb edən aminopirtlərin AlCl3 katalizatoru iştirakında tsiklik tiokarbamid törəmələrinin sintezi və bioaktiv fəallığının və molekulyar dokinq tədqiqi” məqaləsidir. Çoxşaxəli tədqiqatlarla əldə etdiyiniz mühüm nəticələri paylaşmaq üçün məhz bizim nəşriyyatın jurnalını seçdiyiniz üçün “Bioorganic chemistry” jurnalının liderlik komandası adından Sizə və əməyi olan bütün əməkdaşlarınıza təşəkkür edirik. Bundan sonra da tədqiqat dünyasına verəcəyiniz töhfənizi dəstəkləmək üçün əlimizdən gələni etməyə davam edəcəyik və birlikdə çalışacağımızı gözləyirik”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.