Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Tarixi İpək yolunun Şamaxı-Ağsu hissəsində yerləşən xanəgahlar

Ağsu, 1 fevral, Adil Ağayev, AZƏRTAC

Türk dünyasını birləşdirən əsas şəbəkələrdən biri tarixi İpək yoludur. İpəyin qərbə doğru yayılmasında xüsusi önəm kəsb edən bu yol eramızın bütün əsrlərində işlək olub. Əlbəttə, əcdadlar bu cür işlək yolun kənarlarında sosial-mədəni mərkəzlər də inşa ediblər. Belə mərkəzlərdən biri xanəgahlardır.

Xanəgahlar sufilərin pedaqoji və psixoloji təlim mərkəzləridir. Burada tədrislə yanaşı, təlqinlər də həyata keçirilir, insanlara təbiblər tərəfindən xidmətlər də göstərilirdi. Tələbələrin sayına görə belə mərkəzlər müəyyən vaxtlarda genişlənir və ya kiçilirdi. Mərkəzi quran şəxs - şeyx vəfat etdikdən sonra onun mərkəzin həyətində dəfn edilməsi ilə burada fəaliyyət dayanmır, davamlı xarakter alırdı.

Bəs tarixi İpək yolunun Azərbaycandakı Şamaxı-Ağsu hissəsi üzərində qurulan xanəgahlar və onların fəaliyyəti haqqında nə bilirik? Tarixi mənbələrdən məlumdur ki, Şamaxı şəhəri qədim mədəniyyət mərkəzidir. Hələ ilk Tunc dövründə müasir şəhərin Xınıslı hissəsində yaşayışın başlandığı oradan aşkar olunan qəbir abidələrindən məlumdur. Antik və ilk orta əsrlərdə Şamaxı şəhər kimi formalaşmış, Azərbaycanın əsas ticarət mərkəzlərindən birinə çevrilmişdir. Burada aşkar edilən saray sütun altlıqları, qızıl, gümüş, şüşə maddi-mədəniyyət nümunələri həyatın rəngarəngliyindən xəbər verir. Müxtəlif qəbir tipləri - daş qutu, quyu, torpaq, küp qəbirlər Şamaxı şəhərində ayrı-ayrı dini təbəqələrin və mədəni kimliklərin varlığını göstərir.

Ağsu rayonu da ərazisindəki Qırlartəpə abidəsi ilə Şirvan bölgəsinin ən qədim insan məskənlərindən biri olduğunu təsdiq edir. Ağsu şəhərinin ətrafında antik və ilk orta əsrlərin zəngin tarixi-mədəni abidələri yerləşir. Nərgizava və Kəlağayılı nekropolları, Xanyurdu yaşayış yeri burada yerləşir. Bu maddi-mədəniyyət abidələri bölgənin Qafqaz Albaniyasının mühüm ticarət mərkəzlərindən biri rolunu oynadığını göstərir. Nərgizavanın zəngin metal məmulatı Xınıslı maddi-mədəniyyət nümunələri ilə oxşarlıq nümayiş etdirir. İslam dövründə Ağsu şəhərinin əhəmiyyəti daha da artıb. Tarixi İpək yolunun bu şəhərin inkişafında mühüm rolu olub.

Qeyd edək ki, Böyük İpək yolunun açılması e.ə. II əsrə aid edilir. Çində istehsal edilən ipəyə dünyanın müxtəlif bölgələrində, o cümlədən Avropada ehtiyacın artması bu sahədə ticarətin və onun yollarının inkişafına səbəb olub. Bu barədə Orta əsr Ağsu şəhəri Dövlət Tarix Mədəniyyət Qoruğunun direktoru, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində bildirib ki, Böyük İpək yolu Parfiya dövləti, Roma imperiyası, Sasani imperiyası, Bizans imperiyası, Ərəb xilafəti, türk dövlətləri, Monqol imperiyası, Osmanlı imperiyası kimi qlobal səviyyədə böyük dövlətlərin nəzarət etdiyi və təhlükəsizliyinə təminat verdiyi quru yolları şəbəkəsi idi. XVIII əsrə qədər fəaliyyətdə olan Böyük İpək yolunun bir qolu Qafqazdan, Azərbaycandan keçərək əsas karvan yollarına qoşulurdu. Lokal səviyyədə baxılsa, Şamaxı və Ağsu şəhərləri arasındakı məşhur karvan, dib, dəvə yolu adlandırılan Ortabulaq yolu məhz tarixi İpək yolunun bir parçası idi.

Tarixçi sözünə davam edərək deyib ki, sufizmin İslam dünyasında yeni fikir, düşüncə sahəsi kimi inkişafı onun müəssisələrinin qurulmasına gətirib çıxarmışdır. Nisbətən azad fikir üzərində qurulan və hər əsrdə yenilikçi kamil insanların, alimlərin olacağına inanan sufilər tədricən Böyük İpək yolu üzərində öz xanəgahlarını inşa etməyə başlayıblar. Çox keçmədən şəriət, təriqət, həqiqət və mərifət mərhələlərində böyük şeyxlər, hər kəs tərəfindən qəbul edilən və hörmət olunan təlqin sahibləri maddi yolçuların mənəvi atalarına çevriliblər. Xanəgahlar Böyük İpək yolu üzərində ödənişsiz mehmanxana, yeməkxana, dərsxana, kitabxana, şəfaxana rolunu oynayırdı. Məşhur səyyahların, o cümlədən İbn Bəttutənin səyahətnamələrindən də göründüyü kimi, hər kəs yolu üzərindəki xanəgahlara yaxınlaşa, orada hörmət görə, qonaq qala bilərdi.

Xanəgahlar əslində pedaqoji və psixoloji təlim mərkəzləri, şəhərciklər idi. Xristianlıqda bunun oxşarı monastırlar və vənglər olsa da, xanəgahlar daha çox açıq və hamıya xitab edən səviyyədə fəaliyyət göstərirdi. Mövlanə Cəlaləddin Ruminin təbirincə desək, kim olursansa ol, gəl, deyirdilər. Xanəgahlar məscid, tədris binaları, dərgahlar, xəlvət hücrələri, yataqxanalar, yeməkxanalar, tövlələr, təmizlik yerləri və sairdən ibarət olurdu. Bəzən xanəgahların ətrafı divarla hasarlanırdı. Xanəgahı quran şəxs - şeyx, övliya adətən rabitənin davam etdirilməsi üçün həmin xanəgahın içərisində dəfn edilirdi. Onun qəbri üzərində türbə ucaldılır və müridlər sonrakı illərdə onun xatirəsini yad edirdilər. Maraqlıdır ki, xanəgahlar tədricən dağılsa da əsas nişanə kimi, pir deyə ziyarət olunan türbələri qalmışdır. Sovet dövründə geridəqalmışlıq kimi həmin türbələrin bir hissəsi dağıdılmağa çalışılsa da, buna müvəffəq olunmamış, sonrakı dövrlərdə tarixi abidələr kimi qeydiyyata alınmışdır.

Tarixi İpək yolunun Şamaxı və Ağsu yolu üzərindəki xanəgahlar - Kələxana, Çarhan, Pir Bəxtiyar, Şeyx Dursun, Şıxməzid xanəgahları bu mənada çox önəmli tarixi məkanlardır. Şamaxı şəhərindən 10 kilometr cənubda yerləşən Kələxana kəndindəki türbələr qrupu XIV-XVII əsrlərin xatirə kompleksləri içərisində mühüm yer tutur. Burada tikilmiş doqquz türbədən yalnız birində yazı saxlanılmışdır. Həmin yazıdan aydın olur ki, türbə 1663-cü ildə Sərkər Əbdüləzimin rəhbərliyi altında inşa olunub. Kələxana türbələrinin səciyyəvi xüsusiyyəti onların səkkizguşəli formaya malik olması və gözəl yonulmuş yerli daşlardan tikilməsidir. Türbə onu əhatə edən divarlarla, giriş qapısı ilə uzlaşır. Memar Əbdüləzim Sərkərin yaradıcılıq üslubu əsərlərində həcm-fəza quruluşunun mütənasibliyi və eyni tipli türbələrin fərdi xüsusiyyətlərə malik olmasında ifadəsini tapmasıdır.

Çarhan xanəgahının qalıqları indiki Çarhan kəndi qəbiristanlığında yerləşir. Yerüstü axtarışlar zamanı xəlvətilik sufi məktəbinə aid qəbir daşlarının aşkar olunması burada xəlvətilik ocaqlarından birinin yerləşdiyini göstərir. Hazırda həmin simvolika ilə qəbir daşlarına Şirvan bölgəsində nadir rast gəlinsə də, bu tapıntı gələcəkdə arxeoloji qazıntılar zamanı belə qəbir daşlarının üzə çıxacağına əsas verir. Çarhan xanəgahının kitabələri XIV-XVI əsrin epitafiyalarını xatırladır.

Ehtimal edilir ki, Şıxməzid xanəgahı xəlvəti şeyxlərindən Şeyx İzzəddin Türkmaniyə aiddir. Şıxməzid türbəsi yerli sakinlər tərəfindən “Narlı pir” adlandırılır. Şirvan xanlarının şəcərəsində ailənin bəzi üzvlərinin məhz Şıxməzid kəndində “Narlı pir” qəbiristanlığında dəfn edildiyi yazılır. Mənbələrdə Şeyx İzzəddinin qəbrinin üzərində narın bitdiyi və onun meyvələrindən, tikanlarından xəstəliklərin müalicəsində istifadə edildiyi qeyd olunur. Tarixi mənbələrdən Şeyx İzzəddinin Əmir Teymurla görüşdüyü də bəllidir. Şıxməzid xanəgahının qalıqları 2012-ci ildə Ağsu ekspedisiyası tərəfindən üzə çıxarılıb. Buradakı səhəng örtüklü müsəlman qəbirləri nadir rast gəlinən qəbir tiplərindəndir.

Şeyx Dursun xanəgahı isə Əhməd Baydarın oğlu Şeyx Dursuna məxsusdur. 2018-ci ilə qədər xanəgahın yalnız türbə hissəsi məlum idi. Bu türbənin üzərindəki kitabəni akademik Boris Dorn və sonrakı müəlliflər görmüş və oxumuşlar. Məlumdur ki, türbə 1457-ci ildə “şəhidgah” adı ilə tikilmişdir. 2018-ci ildə türbə YOCOCU Assosiasiyasının italyan bərpaçıları və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin üzvlərinin könüllüyü ilə konservasiya edilib. Abadlıq işləri aparılarkən türbənin qarşısından xanəgahın digər tikililərinin iri divarları üzə çıxmışdır. Tarixi Qazan xan arxının və karvan yolunun şimalında yerləşən Şeyx Dursun xanəgahı XV əsrin birinci yarısının fəal xəlvətilik mərkəzlərindən olub.

Əlbəttə, tariximizin hələ açılmamış səhifələri az deyil. Zaman-zaman tarixçi, arxeoloq araşdırmalarına ehtiyac da çoxdur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Bakı Yelkən Reqatası -2024”ün qaliblərinin mükafatlandırma mərasimi keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Oftalmoloqların XIII Regional konfransı keçirilib

Milli Məclisin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Xarkov cəbhəsində son vəziyyəti açıqlayıb

Azərbaycan dili fənni üzrə imtahan keçirilib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyənlər üçün növbəti imtahan keçirilib

Naxçıvanda imtahanlarda 86 şagird və abituriyent, 34 dövlət qulluqçusu iştirak edib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Nepallı alpinist Everesti 29-cu dəfə fəth edərək öz rekordunu yeniləyib

Sabah bəzi yerlərdə leysan yağış, dağlıq ərazilərdə isə qar yağacaq

Sülhə tələsməyən Ermənistan vaxt itirir ŞƏRH

Əksər rayonlarda arabir yağış yağıb, ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olub

İsveçrənin vitse-kansleri dağlarda gəzinti zamanı ölüb

İsrailin Aşkelon şəhəri Qəzza zolağından raket atəşinə tutulub, yaralılar var

ADA Universitetində Millətlər Birliyinin baş katibinin iştirakı ilə tədbir keçirilib

Azərbaycan ABŞ-da keçirilən xeyriyyə bazarında stendi ilə təmsil olunub

Tramp: Prezident seçkilərində qalib gələrəmsə, ABŞ tarixində ən böyük deportasiya başlayacaq

Litvada prezident seçkilərinə səsvermə başlayıb

Mayın 12-si Beynəlxalq Tibb Bacısı Günüdür

Əfqanıstanda daşqınlar 311 nəfərin həyatına son qoyub

NATO: Rusiya ilə böyük münaqişədə maraqlı deyilik

Bu gün 400-dən çox namizədin dövlət qulluğu vəzifələri üzrə imtahan verməsi gözlənilir

DİM 25 minə yaxın şagird və abituriyent üçün Azərbaycan dili fənni üzrə imtahan keçirir

Alkoqoldan həddən artıq istifadə Altsheymer xəstəliyinin inkişaf riskini artırır

İsveçrə “Avroviziya-2024” Mahnı Müsabiqəsinin qalibi olub

Alimlər zəlilərdən təsirlənərək yeni bir cihaz hazırlayıblar

“Musiqi kimliyimiz” layihəsi növbəti dəfə Aşıq Şəmşirə həsr olunacaq

Bədəndə iki fərqli bioloji saatın sinxronlaşdırılması qocalmanın qarşısını ala bilər

Mariya Stadnik: Hisslərim izaholunmazdır

İsrail ordusu Qəzzanın şimalında HƏMAS-a qarşı əməliyyata başlayıb

Goranboyda yol-nəqliyyat qəzası baş verib, ölən var VİDEO

Yuğ Teatrında “21:15 qatarı” adlı tamaşanın premyerası olub

Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb

Azərbaycanın akrobatika gimnastları beynəlxalq turnirdə qızıl medal əldə ediblər

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib, Fəxri xiyabanı ziyarət edib

Azərbaycan Basketbol Liqası: Finalçılar bəlli olub

“Yüksəliş” iştirakçılarının nəzərinə: “Qabiliyyət imtahanı”nın vaxtı dəyişdirildi

Türkiyənin məşhur “Anadolu Atəşi”nin Cıdır düzündə atəşin rəqsi

Muxtar Babayev: Azərbaycan COP29-dan ən yaxşı nəticələri əldə edəcəyinə inanır

Premyer Liqa: Son çempion “Zirə”ni məğlub edib

“101 İl - Könüldən Vətənə” adlı tədbir keçirilib

® Britaniyalı siyasətçi Patrisia Skotland Azərbaycanı ziyarət edib

Lənkəranda növbəti yeraltı təkanlar qeydə alınıb YENİLƏNİB

Neftçalada 200-dən çox sərv ağacı əkilib

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Zığ şosesində təmir işləri ilə əlaqədar sürət həddi endirilib

“Xarıbülbül”ün sorağı dünyaya yayılır

Lənkəranda zəlzələ nəticəsində dağıntı və ya xəsarət qeydə alınmayıb

Azərbaycan parataekvondoçusu Avropa çempionu olub

Dünyanı bizə, bizi dünyaya tanıdan “Xarıbülbül”

İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi

Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb -YENİLƏNİB -2 VİDEO

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana gətirilib

Altun: Türkiyə-Yunanıstan olaraq münasibətlərimizi başqaları ilə deyil, bir-birimizlə müzakirə etməliyik

Qəbələdə Nohur gölündə suyun səviyyəsinin endirilməsi ilə əlaqədar tədbirlər görülür

FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb

Xalqımız Ulu Öndər Heydər Əliyevi qəlbində əbədi yaşadır

İngiltərə Premyer Liqası: “Mançester Siti” darmadağınla liderliyə yüksəlib

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib VİDEO

Doktorantura səviyyəsi üzrə elektron sənəd qəbulu davam edir

Azərbaycan güləşçisi: “Paris-2024” Yay Olimpiya Oyunlarında iki əsas rəqibim var

"Paris-2024"ə lisenziya qazanan güləşçi: Çıxışım parlaq olmasa da, yaddaqalan idi

Azərbaycan ağırlıqqaldıranı: Film sayəsində uşaqlıqda yaşadığım hər anı yenidən xatırladım

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”nin ikinci günündə medal qazana bilməyiblər

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi kiçik dövlətlərin səslərinin eşidilməsi üçün imkanlar yaradıb

Əlahiddə Ümumqoşun Orduda təkmilləşdirmə kursunun buraxılış mərasimi keçirilib

Türkiyə yeni nəsil konteyner vaqonlarının istehsalına başlayıb

“Paris-2024”ə lisenziya qazanan yunan-Roma güləşçilərimiz Vətənə dönüblər

İsveç polisi “Eurovision” mahnı müsabiqəsində baş verən insidentdən sonra qanunsuz təhdidləri araşdırır

Şirvanda “Azərbaycanın memarı” filmi nümayiş olunub

Ümummilli Liderin 101 illiyi münasibətilə Praqada tədbir təşkil olunub

Kazanda “BİRLİK: Xatırlayır, miras alır və qürur duyuruq!” layihəsi çərçivəsində tədbir olub

Komi Respublikasında yataqxana binasının bir hissəsi çöküb

Şuşada VII “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının və “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024” ilinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Avropa çempionuna həsr edilmiş filmin təqdimatı olub

Azərbaycan cüdoçuları tarixdə ilk dəfə kata üzrə yarışda medal qazanıblar

Səidə Ömər: Azərbaycan xalqını tanımaq istəyən onun mədəniyyət nümunələri ilə yaxından tanış olmalıdır

Elbay Qasımzadə: Azərbaycan yeganə ölkədir ki, tarixi abidələrin bərpasını yalnız dövlət həyata keçirir – MÜSAHİBƏ

Gələcəyin enerjisi hidrogen, Azərbaycanın yaşıl gələcəyində bu istiqamətdə atılan addımlar - TƏHLİL

“Azərkosmos” Dubayda keçiriləcək beynəlxalq sərgidə iştirak edəcək

Joze Mourinyo “Fənərbağça”nın yeni baş məşqçisi ola bilər

“Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələrin sayı 200 mini ötüb

Dehlidə qasırğa nəticəsində 2 nəfər ölüb, 23 nəfər yaralanıb

Hərbi vəzifəlilərin təlim toplanışında növbəti tapşırıqlar icra edilir VİDEO

DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

ICESCO-nun Baş direktoru: Fəxr edirik ki, Prezident İlham Əliyev bizim planlarımızı dəstəkləyir

Salim bin Məhəmməd əl-Malik: Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir VİDEO

ICESCO-nun Baş direktoru: Şuşanın bütünlüklə Qafqazda musiqinin paytaxtı olması təəccüblü deyil VİDEO

Prezident: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq

Əfqanıstanda daşqın nəticəsində ölənlərin sayı 150 nəfərə çatıb

Prezident İlham Əliyev: Şuşa qəhrəmanlığın, zəfərin və sülhün rəmzidir VİDEO

Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir

Prezident: Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir VİDEO

Prezident İlham Əliyev: Şuşanın İslam dünyasının mədəniyyət paytaxtı elan olunması müsəlman dünyasının Azərbaycana hörmətinin əlamətidir VİDEO

BMY Baş Assambleyası Fələstinin təşkilatda hüquqlarının genişləndirilməsinə səs verib

Azərbaycan İstanbulda keçiriləcək Dünya İslam alimlərinin məşvərət toplantısında təmsil olunacaq

Astronomlar ilk dəfə öz atmosferi olan qayalı planet kəşf ediblər

Atırau Dövlət Universitetində Ulu Öndərin anadan olmasının ildönümü ilə əlaqədar tədbir keçirilib