23 MƏRTƏBƏLİ YAŞAYIŞ BİNASI ALOVA QƏRQ OLMUŞDUR
Bakının Yasamal rayonundakı Q.Məcidov küçəsində Qafar Cəbrayıloğlunun “Günəş” kooperativi tərəfindən yeni inşa olunan 23 mərtəbəli yaşayış binasında güclü yanğın baş vermişdir. Nəticədə binanın 22-ci və 23-cü mərtəbələrində 1200 kvadratmetr sahə və taxta qəliblər alova qərq olmuşdur.
Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsindən müxbirimizə demişlər ki, hadisə qaynaq işləri aparılarkən yanğın təhlükəsizliyi qaydalarına əməl olunmaması ucbatından törəmişdir. Faktla bağlı təhqiqat aparılır. Xəsarət alan olmamışdır.