CƏMİYYƏT
27 hestasiya həftəsində doğulan körpə Elmi Tədqiqat Pediatriya İnstitutunda sağalaraq evə yola salınıb
![](/files/galleryphoto/2022/3/1200x630/1667219787623619071_1200x630.jpeg)
![](/files/galleryphoto/2022/3/1200x630/16672197871507033048_1200x630.jpeg)
Bakı, 31 oktyabr, AZƏRTAC
27 hestasiya həftəsində 1100 qram çəki ilə doğulan körpə olduqca ağır vəziyyətdə Elmi Tədqiqat Pediatriya İnstitutunun Anesteziologiya, Reanimasiya və İntensiv Terapiya şöbəsinə daxil olub.
AZƏRTAC Elmi Tədqiqat Pediatriya İnstitutuna istinadla bildirir ki, körpəyə müayinə zamanı doğum zamanı az bədən çəkisi, perinatal dövr üçün xarakterik olan dəqiqləşdirilən infeksiya, yenidoğulanın tənəffüs çatışmazlığı, anadangəlmə pnevmoniya, yenidoğulanda nekrotik enterokolit diaqnozları qoyulub.
Körpədə kəskin tənəffüs çatışmazlığı, kəskin ürək çatışmazlığı olduğu üçün SVA-na qoşulub. 2 ay müddətində Reanimasiya İntensiv Terapiya şöbəsində müalicə alıb, vəziyyəti dinamikada stabilləşib və yaxşılaşma ilə evə buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]