2-Cİ AVROPA BİZNES SAMMİTİ DƏVƏT EDİR
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən daxil olan məlumatda bildirilir ki, 2002-ci il iyunun 6-8-də Brüsseldə 2-ci Avropa biznes sammitinin keçirilməsi planlaşdırılır.
Sammitdən məqsəd Avropanın qarşısında duran siyasi və iqtisadi məsələlər barədə işgüzar dairələrin yüksək səviyyəli nümayəndələri və siyasət adamları ilə fikir mübadiləsi aparmaqdır.
Tədbirdə iştirak etmək üçün Azərbaycan Respublikasının iş adamları, iri şirkətlərin rəhbərləri də dəvət olunurlar. Tədbirlə bağlı xərclər ezam edən tərəfin hesabınadır.
Sammitdə iştirak etmək istəyən şəxslər Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.