CƏMİYYƏT
34 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub
![34 ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar müəyyən olunub](/files/2022/3/1200x630/16655611943426827733_1200x630.jpg)
Bakı, 12 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, eyni zamanda qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 44 ticarət müəssisəsi və 12 ictimai iaşə müəssisəsində agentliyin əməkdaşları tərəfindən həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 34 müəssisədə nöqsanlar müəyyən olunub. Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 31, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 21 nöqsan aşkar olunub. Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Yoxlama nəticəsində obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı nöqsanlar aşkar edilən müəssisələrin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar: http://afsa.gov.az/az/media/news_details/3425