ELM VƏ TƏHSİL


AMEA-nın Yüksək Texnologiyalar Parkında rezidentlərlə görüş keçirilib

Bakı, 12 iyul, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İbrahim Quliyev AMEA-nın Yüksək Texnologiyalar Parkının (YT Park) rezidentləri ilə görüşüb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, akademiyanın işlər idarəsinin müdiri, siyasi elmlər doktoru Fətəli Abdullayevin də iştirak etdiyi görüşdə YT Parkın rezidenti “DN-Technology” MMC-nin rəhbəri Ceyhun Nabadov qonaqlara şirkət barədə məlumat verib. Bildirib ki, əsas fəaliyyət istiqaməti 3D modelləmə, simulyator və robot texnologiyaları olan şirkət texnoloji yönümlü məhsulların istehsalı və satışını həyata keçirir. Müəssisə, həmçinin lisenziya əsasında məhsulların digər təşkilatların istifadəsinə verilməsi ilə məşğuldur.

C.Nabadov təməli 2012-ci ildə qoyulan “DN-Technology” MMC-nin hazırda böyük layihələrin icrasını həyata keçirdiyini diqqətə çatdırıb. Bildirib ki, YT Parkın rezidenti olan şirkət məhsulların konsepti və prototipinin hazırlanması üzərində iş aparır.

Daha sonra qonaqlar YT Parkın mülki təyinatlı radio ekoloji monitorinq sisteminə və pilotsuz uçan aparatların istehsal sahələrinə baş çəkərək, texnoparkın ərazisində fəaliyyət göstərən rezidentlərə yaradılan şərait barədə məlumat alıblar.

Sonda akademik İ.Quliyev rezidentlərə öz tövsiyələrini verib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.