MƏDƏNİYYƏT
“ARTİLLERİYANIN ALLAHI SAYILIRDI”
Bakı, 24 aprel (AZƏRTAC). Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində Azərbaycanın şanlı oğlu generel-leytenant Əliağa Şıxlinskinin anadan olmasının 144-cü ildönümü münasibətilə “Artilleriyanın allahı sayılırdı” sənədli filmin nümayişi olmuşdur.
Haqlı olaraq “rus artilleriyasının allahı” sayılmış böyük sərkərdənin mürəkkəb, qəhrəmanlıq dolu həyatından bəhs edən 20 dəqiqəlik film hələ 1996-cı ildə tanınmış rejissor Ziya Şıxlinski tərəfindən çəkilmişdi. O vaxtdan bəri filmə minlərlə tamaşaçı baxmışdır.
Qəhrəman həmvətənimiz barədə filmin budəfəki nümayişi Rusiyanın ölkəmizdəki səfirliyi və RF-nin “Rossotrudniçestvo” agentliyi tərəfindən təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [15:53]
Bakıda “Cadı” türk filminin qala gecəsi olub
- 10.05.2024 [15:08]
Fidan Hacıyeva: İkinci Beynəlxalq Opera Festivalı da olacaq!
- 10.05.2024 [12:44]
Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib
- 10.05.2024 [10:42]