İQTİSADİYYAT
Abid Şərifov: “Sovetski” adlanan ərazidə 1800 ailəyə onların razılığı ilə vəsaitlər ödənilib

Bakı, 28 noyabr, Ceyhun Rüstəmov, AZƏRTAC
Paytaxtın “Sovetski” adlanan ərazisində 1800 ailəyə onların razılığı əsasında vəsaitlər ödənilib.
AZƏRTAC xəbər verir ki, bunu noyabrın 28-də jurnalistlərə müsahibəsində Baş nazirin müavini Abid Şərifov deyib.
Baş nazirin müavini qeyd edib ki, həmin ərazidə yerləşən 2400 obyektdə inventarizasiya aparılıb, 600 ev sökülüb. Ancaq hələ birinci mərhələ tam başa çatmayıb. O ki qaldı, sahəsi az olan evlərə, yəqin, gələn ilin əvvəllərində bununla bağlı son qərar veriləcək. Ona görə bu məsələ həll olunanadək kiminsə haqqı yoxdur ki, sakinləri evlərdən çıxarsın, hansısa bir tələb irəli sürsün.