DÜNYA
Angela Merkel: Pandemiyanın üçüncü dalğası ən ağır oldu
Berlin, 13 aprel, AZƏRTAC
Almaniyanın kansleri Angela Merkel COVID-19 pandemiyasının üçüncü dalğası zamanı xəstəliyə yoluxanların sayının “həddən artıq” olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, bununla yanaşı, kansler ölkənin klinikalarındakı reanimasiya şöbələrində yüklənmənin yenidən artması barədə xəbərdarlıq edib. “Görünür, üçüncü dalğa ölkəmiz üçün ən ağır oldu”, - deyən Merkel heç cür səngimək bilməyən pandemiya ilə bağlı ölkədəki hazırkı vəziyyəti xarakterizə edib.
Federal kansler bu bəyanatını Hannoverdə beynəlxalq sənaye sərgisinin açılışında səsləndirib. O, vətəndaşları “pandemiyaya qarşı mübarizədə ən vacib silah” adlandırdığı peyvəndləməni yubatmamağa çağırıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]