DÜNYA
Ankarada Avropa İttifaqı-Türkiyə münasibətlərinə dair müzakirələr aparılıb
Ankara, 2 sentyabr, AZƏRTAC
Avropa Parlamentinin sədri Martin Şults Türkiyəyə səfər edib.
Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul olunan M.Şults Baş nazir Binəli Yıldırım və digər rəsmi şəxslər ilə də görüşüb.
Binəli Yıldırım və Martin Şultsun keçirdikləri birgə mətbuat konfransında tərəflər Aİ ilə Türkiyə arasında viza rejiminin ləğv olunması, terrorçuluqla mübarizə, Avropa Parlamentinin iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdə münasibəti və digər məsələlərə dair mövqelərini bildiriblər.
Avropa Parlamentinin sədri dövlət çevrilişinə cəhd zamanı Türkiyə Böyük Millət Məclisinin bombalanan korpusu ilə də tanış olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]