MƏDƏNİYYƏT


Antalyada DTA və TİKA-nın birgə turizm təlim layihəsi start götürüb

Bakı, 14 mart, AZƏRTAC

Türkiyənin Antalya şəhərində Dövlət Turizm Agentliyi ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) əməkdaşlığı çərçivəsində təşkil olunan turizm üzrə təlim proqramına start verilib.

Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, martın 25-dək davam edəcək “Hotel və səyahət xidmətləri sahəsi – yemək və içki sahəsində təlimçilər üçün təlim” praktiki proqramında turizm təhsili və peşə təlimi üzrə çalışan və tədris edən təlimçi və mütəxəssislər iştirak edir.

Birinci mərhələsi “Turizm təlimində müasir yanaşmalar” nəzəri proqramı ilə 21-25 fevral 2022-ci il tarixlərində Bakıda keçirilən layihənin Antalyada davam edən praktiki hissəsi Türkiyə Milli Təhsil Nazirliyinin Antalya Falez Peşə və Texniki Anadolu liseyi tərəfindən təşkil olunub. İlk mərhələyə qatılan 35 iştirakçı arasından təlimi uğurla başa vuran 14 nəfər layihənin ikinci praktiki mərhələsinə cəlb olunub.

Qeyd edək ki, layihənin əsas məqsədi turizm təhsili sahəsində fəaliyyət göstərən mütəxəssislərin təkmilləşdirilməsi, yeni təcrübə və biliklərin əldə olunmasına dəstək göstərilməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.