Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Əsir düşməmək üçün “Su-25” döyüş təyyarəsini düşmən səngərinə çırpan şəhid polkovnik Zaur Nudirəliyev VİDEO

Bakı, 25 dekabr, AZƏRTAC

Qırx dörd günlük Vətən müharibəsində Böyük Qələbənin qazanılmasında Azərbaycan Hərbi Hava Qüvvələrinin və Hava Hücumundan Müdafiə Qoşunlarının da misilsiz xidmətləri olub.

AZƏRTAC xəbər verir ki, Vətən müharibəsindən öncə düşmən öz silahlanmasına yeni nəsil hava hücumundan müdafiə vasitələri daxil etdiyindən Azərbaycan Ordusunun, Hərbi Hava Qüvvələrinin ehtimal olunan hücumu zamanı düşmənin hava hücumundan müdafiə vasitələrinin məhv edilməsi başlanğıc və ən vacib döyüş tapşırığı idi. Buna nail olmaq üçün Hərbi Hava Qüvvələrinin bütün güc və vasitələri səfərbər edildi. Düşmənin hərbi hava qüvvələri sistemlərinin məhv edilməsində “Su-25” hücum təyyarələrinin də iştirakı nəzərdə tutulmuşdu. Bu məqsədlə Hərbi Hava Qüvvələrinin komandanlığı tərəfindən “Su-25” hücum təyyarələrində yeni taktiki üsullardan istifadə olunması tapşırığı verildi. Komandanlıq tərəfindən bu iş polkovnik Zaur Nudirəliyevə tapşırıldı. Xarici ölkələrdə təhsil alan, bir çox dövlətlərlə, xüsusilə Türkiyə ilə birgə keçirilən təlimlərdə böyük təcrübə toplayan polkovnik Zaur Nudirəliyev bu işin öhdəsindən məharətlə gəldi. O, mütəmadi keçirilən təlimlər zamanı “Su-25” hücum təyyarələrinin tam döyüş imkanlarından istifadə edərək, yüksək hündürlüklərdə nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etdi. NATO standartlarına uyğun bu üsul digər təyyarəçilərə də aşılandı.

Vətən müharibəsinin iştirakçısı mayor Cavid Fərəcovun sözlərinə görə, “Su-25” hücumçu təyyarə olaraq aşağı hündürlükdə istifadə üçün təyin olunub. Amma polkovnik Zaur Nudirəliyev “Su-25” döyüş təyyarəsinin imkanlarından məharətlə istifadə etməyi bacarıb: “Su-25” döyüş təyyarəsi aşağı və orta hündürlükdən uçarsa düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulma ehtimalı yüksəkdir. Polkovnik Zaur Nudirəliyevin təcrübəsi və araşdırmaları nəticəsində taktikada olmayan yeni bir üsuldan istifadə edildi. Vətən müharibəsində yuxarı hündürlükdə “Su-25” döyüş təyyarəsindən bomba atışının yüksək dəqiqliklə həyata keçirilməsi düşməni sarsıtdı. Polkovnik Zaur Nudirəliyev bu bacarığı biz təyyarəçilərə aşılamışdı. O, həmçinin “Su-25” döyüş təyyarəsindən lazer güdümlü bombaların ilk atışlarını yerinə yetirmişdi. Bu taktikanı tələbələrinə də öyrətmişdi. Bütün bu yeni taktikalar sayəsində döyüşlərdə çox böyük üstünlük əldə edə bildik”.

Polkovnik Zaur Nudirəliyev “Su-25” döyüş təyyarəsində Ağdərə, Füzuli, Cəbrayıl istiqamətlərində düşmənə sarsıdıcı zərbələr vurub. Sonuncu uçuşunda isə düşmənin hava hücumundan müdafiə vasitələrinin hədəfi olub.

Onunla eyni istiqamətdə uçuşlar yerinə yetirən polkovnik-leytenant Elçin Məmmədov belə deyir: “Oktyabrın 4-də polkovnik Zaur Nudirəliyevin idarə etdiyi “Su-25” hücum təyyarəsi verilən döyüş tapşırığını yerinə yetirmək üçün Cəbrayıl istiqamətində təyin olunmuş hədəfə yaxınlaşan zaman mərkəzi komanda məntəqəsinə məlumat daxil oldu ki, düşmənin hava hücumundan müdafiə vasitələri hərəkətə keçib. Bizim kəşfiyyat məlumatımıza görə, həmin ərazidə düşmənin hava hücumundan müdafiə vasitələri olmamalı idi. “Su-25” hücum təyyarələrinin düşmən tərəfindən vurulması ehtimal böyük idi. Buna görə də dərhal bizə geri qayıtmaq tapşırığı verildi. Həmin vaxt polkovnik Zaur Nudirəliyev təyin olunmuş hədəfə zərbə endirib geri qayıdırdı. Bundan sonra o çağırışa cavab vermədi. Artıq polkovnik Zaur Nudirəliyevin idarə etdiyi “Su-25” hücum təyyarəsi düşmənin hava hücumundan müdafiə vasitələri tərəfindən vurulmuşdu. Ağır yaralanmasına baxmayaraq, polkovnik katapult edə bilərdi. Lakin o, düşmənə əsir düşməmək üçün katapult etmədi. Polkovnik Zaur Nudirəliyev düşmənə ağır zərbə vurmaq üçün canından keçib təyyarəni düşmənin canlı qüvvə və zirehli texnikasına çırpdı və qəhrəmancasına şəhid oldu”.

Amma qəhrəman polkovnikimizin qanı yerdə qalmadı. Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən həmin istiqamətdə düşmənin hava hücumundan müdafiə vasitələri tamamilə məhv edildi. Bununla da “Zərbə” pilotsuz uçuş aparatlarından, döyüş helikopterlərindən və hücum təyyarələrindən geniş istifadə üçün imkan yaradıldı. Məhz onların fəaliyyəti nəticəsində düşmənin xeyli sayda artilleriya qurğuları, tank, digər zirehli texnikası və canlı qüvvəsi məhv edildi. Xüsusi Təyinatlı Qüvvələr və Quru Qoşunları üçün Cəbrayıl şəhərinin, Hadrut qəsəbəsinin və Füzuli şəhərinin işğaldan azad olunmasına az sayda itki verməklə olduqca əlverişli şərait yaradıldı.

Vətən müharibəsi zamanı yeni taktiki üsuldan istifadə olunması nəticəsində təyyarəçilərimiz 600-dən çox uçuş həyata keçirərək düşmənin çoxlu sayda canlı qüvvəsini və hərbi texnikasını məhv ediblər. Məhz bu taktika nəticəsində 44 günlük Vətən müharibəsində cəmi bir “Su-25” hücum təyyarəsi itirilib. Bu qəhrəmanlıqlara görə dekabrın 9-da Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə polkovnik Zaur Nudirəliyevə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib.

Şəhid polkovnikin həyat yoldaşı Nazilə Nudirəliyeva deyir ki, polkovnik Zaur Nudirəliyev Vətəninə, peşəsinə olduğu kimi, ailəsinə və övladlarına da ürəkdən bağlı idi. Ən böyük arzusu övladlarını savadlı, Vətənə layiq vətəndaş kimi yetişdirmək idi. Buna görə də daim övladlarının dərsləri ilə maraqlanırdı. Qızımız Pərinin 600 balla universitetə qəbul olması onu ürəkdən sevindirmişdi. Oğlumuz Ömərin də hər zaman dərslərini yaxşı oxumağını istəyirdi.

Nazilə Nudirəliyeva şəhid polkovnikdən yadigar qalan övladlarını onun adına layiq böyüdəcəyini bildirib.

Əsir düşməmək üçün “Su-25” döyüş təyyarəsini düşmən səngərinə çırpan şəhid polkovnik Zaur Nudirəliyev VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baydenlə Tramp arasında ilk debat baş tutacaq

Belçikada bu il ən yüksək temperatur qeydə alınıb

Avropa çempionatında 1/8 final cütlükləri bəlli olub

Avro-2024: F qrupunda Portuqaliya, Türkiyə və Gürcüstan 1/8 finala vəsiqə qazanıb - YENİLƏNİB-4

Qeyri-sabit hava səbəbindən Lənkəran və Astaranın kəndlərində təxliyə işləri aparılır

Veteran tankçılar 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçiriblər

Bakıda axşam saatlarında hərbi orkestrlərin nümunəvi çıxışları maraqla qarşılanıb

Salyanda yol qəzası olub, xəsarət alanlar var

Qazaxıstanda 46 trilyon dollar dəyərində yataqlar aşkar edilə bilər

Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü Çində qeyd olunub

AZƏRBAYCANIN SƏNƏTKARLARI
Alimə Qasımova: Xalçalara uşaq kimi yanaşıram

Prokurorluq: Bakıda odlu silahla qəsdən adam öldürmə faktına görə cinayət işi açılıb - YENİLƏNİB

Milli Hidrometeorologiya Xidməti: Lənkərançayda suyun səviyyəsi 47 sm artıb

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin növbəti üçtərəfli görüşü Tbilisidə keçiriləcək

Ukraynalı qonaq: Uşaqlarımız Azərbaycanda özlərini çox rahat, təhlükəsiz hiss edirlər

Şərur rayonunda küləkli hava şəraiti fəsadlar törədib

Azərbaycan güləş millisi komanda hesabında Avropa çempionu olub

Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü Tbilisidə qeyd olunub

İsveç müəllimləri: Son 10-15 ildə məktəblilərin bilik səviyyəsi xeyli zəifləyib

Füzuliyə dolu yağıb VİDEO

Stella Assanc: Culianın sağalması üçün vaxt lazımdır

Avro-2024: 1/8 finalın daha 3 iştirakçısı məlum olub

Mark Rütte NATO-nun yeni Baş katibi seçilib

Təhrif edilmiş “genetik kod” və ya ermənilər İzmiri necə yandırıblar

Şirvanda bir qrup müharibə iştirakçısına xatirə hədiyyələri təqdim olunub

Avropa çempionatı: Azərbaycanın iki qadın güləşçisi bürünc medal uğrunda mübarizə aparacaq

Avro-2024: Çexiya və Türkiyə yığmalarının start heyətləri açıqlanıb

Agentliyin əməkdaşı: Məqsədimiz ukraynalı uşaqların emosional vəziyyətlərinin sabitləşməsinə kömək göstərməkdir

IDEA İB-nin könüllüsü: Gənclər ekoloji təhlükəsizliyin təmin edilməsində yaxından iştirak etməlidirlər

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə müraciət edib

Azərbaycanın iki güləşçisi erməni rəqibinə qalib gələrək Avropa çempionu olub

Şuşada Silahlı Qüvvələr Günü münasibətilə qazi və hərbçilərlə görüş keçirilib

FHN: Dənizdə batan şəxsin axtarışı davam etdirilir

Türkiyənin nəqliyyat naziri Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib

Gəncədə bir şəxsin qəsdən öldürülməsi, digər şəxsin isə xəsarət alması faktına görə cinayət işi başlanıb

Ukraynalı uşaqlar Şəkinin tarixi məkanları və görməli yerləri ilə tanış olublar

Dörd gün əvvəl maşınla vurulan Zaqatala sakini bu gün vəfat edib

Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib VİDEO

UNEP-in icraçı direktoru: Azərbaycan 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibi seçilib

Ölkə ərazisində müşahidə olunan faktiki hava: yağıntılı və küləkli hava şəraiti davam edir

Ermənistanda insan alverinə qarşı mübarizə tədbirləri minimum standartlara belə cavab vermir

“Neftçi” və “Sabah” klublarının loqoları yenilənib

Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü Varşavada qeyd olunub

Ceyhun Bayramov İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli ilə görüşüb

Azərbaycan gəncləri UNEP-in rəhbəri ilə müzakirələr aparıb

Nazir müavini: Azərbaycan Ordusunun güclü olması Gürcüstan üçün də çox önəmlidir

Şəkidə güclü külək əsib, infrastruktura ciddi ziyan dəyib

“By Youth For Youth” Beynəlxalq Forumu öz işini yekunlaşdırıb

26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə təntənəli mərasim keçirilib VİDEO

Şahmat üzrə oğlanlar və qızlar arasında ölkə çempionatının qalibləri müəyyənləşib

Abşeron rayonunda 26 İyun –Silahlı Qüvvələr Günü qeyd edilib

“Qəbələ” daha bir futbolçu ilə güclənib

Silahlı Qüvvələr Günündə Ulu Öndərin Tbilisidəki abidəsi ziyarət olunub

Beyləqana dolu yağıb VİDEO

Silahlı Qüvvələr Günü şəhid ailələrinin üzvləri Zəngilan və Cəbrayılda olublar VİDEO

Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb

ABŞ Dövlət katibinin köməkçisi Ceyms O’Brayn Azərbaycana səfər edəcək

® BVLGARI Luvr muzeyində sərgilənəcək “Torloniya Mərmərləri” sərgisinin əsas sponsorudur

Faktiki hava: Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında saniyədə 27 metrə çatır

Hikmət Hacıyev: Ermənistanın siyasi-hərbi rəhbərliyində olan şəxslərə revanşizm xülyalarından tamamilə əl çəkməyi tövsiyə edirik

İnger Anderson Şirvan Milli Parkında ceyran sürüsünü müşahidə edib

Şuşa və Ağdamda “Sahibkarlar üçün yeni imkanlar: Qarabağı birlikdə quraq” adlı tədbir keçiriləcək

Keçmiş məhkumdan külli miqdarda narkotik vasitə aşkarlanıb

“Neftçi”nin yeni baş məşqçisi bəlli olub

“Qərbi Azərbaycan Kuboku” uğrunda minifutbol turnirinin açılış mərasimi keçirilib

Sumqayıt ayparaçılarının yeni sədri seçilib

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Kür çayına düşən iki nəfərin axtarışları davam etdirilir VİDEO

ADAU-da “Məzun günü” keçirilib VİDEO

Avropa Liqası: "Şerif" - "Zirə" oyununun hakimləri bəlli olub

Azərbaycanın müdafiə naziri italiyalı həmkarı ilə görüşüb VİDEO

Şuşada Qarabağ müharibəsi qaziləri, hərbçilərimiz və şəhid ailələrinin üzvləri ilə görüş təşkil edilib

Azərbaycan Bellapais Beynəlxalq musiqi festivalında

Bakıda gənc oğlanı qəsdən öldürməkdə şübhəli bilinən iki şəxs tutulub

Azərbaycanın ICESCO üzrə sözçüsü: “By Youth For Youth” tədbirinin ilk dəfə ölkəmizdə keçirilməsi qürurvericidir

Silahlı Qüvvələr Gününə həsr olunmuş fləş-mob VİDEO

Culian Assanc Avstraliyada ailəsi ilə görüşüb - tarixi an

Gürcüstanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı xüsusi əməliyyat keçirilib

İqtisadiyyat Nazirliyində AİB-lə əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə edilib

Bakıda qara maska taxaraq quldurluq edənlər saxlanılıb

Çempionlar Liqası: “Sabah” basketbol komandasının rəqibləri müəyyənləşib

ETSN sözçüsü: Hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür

İstanbulun tarixi “Validə Sultan” gəmisində “Zəngəzur sənətkarlığı” sərgisi açılıb

Yüksək dağlıq ərazilərdə qar yağacağı proqnozlaşdırılır

Silahlı Qüvvələr Günü münasibətilə Ulu Öndərin və şəhidlərimizin məzarları ziyarət olunub VİDEO

Azərbaycanı "Asiya Uşaqları" Oyunlarında 8 boksçu təmsil edəcək

Gürcüstan mətbuatında AZƏRTAC-ın xüsusi müxbirinin Silahlı Qüvvələr Gününə həsr olunmuş məqaləsi dərc edilib

“By Youth For Youth” Beynəlxalq Forumu işini Bakıda davam etdirir

Qərbi Azərbaycan İcması BMT-nin ali komissarını insan hüquqları məsələsinə ikili standartlar prizmasından yanaşmamağa çağırıb

Hərbi orkestrin müşayiəti ilə hərbi qulluqçuların yürüşü təşkil edilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib

Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib  YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevə İtaliyanın “Leonardo” şirkətinin istehsalı olan hərbi nəqliyyat təyyarəsi təqdim edilib  YENİLƏNİB VİDEO

BMT-nin Ətraf Mühit Proqramının nümayəndələri Kür çayına balıq buraxıblar

Nazirlik: Siyəzəndə təsərrüfatların 80 faizinin genişzolaqlı internetə çıxışı təmin edilib

Azərbaycanda son 25 gün ərzində 165 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb VİDEO

Qəbələnin Nohurqışlaq kəndi ərazisində güclü küləyin aşırdığı ağaclar magistral yoldan götürülüb VİDEO

Ukrayna ordusunda yeni qoşun qüvvələri yaradılıb

Kuala-Lumpurda Şuşanın tarixi haqqında film təqdim edilib

Türkiyənin Milli Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri ilə tək yumruq, tək ürək olmağa davam edəcəyik