Azərbaycan Dövlət İnformasiya Agentliyi

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır ŞƏRH

Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır  ŞƏRH

Bakı, 26 iyun, AZƏRTAC

Bu gün ölkəmizdə ən qürurverici, ən əlamətdar günlərdən biridir. Azərbaycanın Silahlı Qüvvələr günüdür. İnanmıram ki, Azərbaycanda, həmçinin ölkəmizin hüdudlarından kənarda yaşayan soydaşlarımız, xüsusilə son illər bu günü bayram kimi qeyd etməsin, bir-birini təbrik etməsin.

Bunu AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əhməd Abbasbəyli deyib.

O, Azərbaycan Ordusunun tarixi barədə bir neçə fakta diqqət çəkib: “Məlum olduğu kimi, milli silahlı qüvvələrin yaradılması prosesi ötən əsrin əvvəllərindən başlayıb. Öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə həmin il iyunun 26-da ilk nizami hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Lakin Xalq Cümhuriyyətinin süqutu ilə ölkəmizdə ordu quruculuğu prosesi də dayandı. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin, 1991-ci ilin sentyabrın 29-da isə Azərbaycan Respublikası Müdafiə Şurasının yaradılması barədə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında Qanun qəbul edilsə də, bu sahədə ayrı-ayrı şəxslərin, qurumların, o cümlədən Milli Müdafiə Şurasının cəhdlərinə baxmayaraq respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin ümidinə qalmışdı. Yalnız 1993-cü ildən başlayaraq ordu quruculuğunda ciddi addımlar atıldı. Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə dirçəlişə nail ola bildi. Yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən silahlı birləşmələr ləğv edilərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordu yaradıldı.

Məhz həmin vaxtdan başlayan ordu quruculuğu prosesi Prezident, Ali Baş Komandan İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində ən müasir standartlara cavab verən hərbi ləvazimatlarla, silah-sursatla təchiz edilməsi, savadlı, cəsarətli, vətənpərvər hərbi kadrların yetişdirilməsi və sair sahələrdə həyata keçirilən islahatlar Azərbaycan Silahlı Qüvvələrinin davamlı olaraq inkişaf etməsi onun regionun ən qüdrətli ordusuna çevrilməsi ilə nəticələndi.

Azərbaycan Silahlı Qüvvələrinin gücü, döyüş qabiliyyəti, əsgər və zabitlərinin peşəkarlığı, onun ən müasir tələblərə cavab verən hərbi quruma çevrilməsi artıq bir danılmaz fakt kimi 2020-ci il sentyabrın 27-dən başlayaraq, nəinki regionda, dünyanın hər yerində, ən yüksək siyasi kürsülərdə, bizi sevən dostlarımızdan tutmuş, ən zalım düşmənlərimizə qədər hər kəs tərəfindən də etiraf edilməyə başladı”.

Siyasi şərhçi əlavə edib ki, istənilən Ordunun ən müasir texnika ilə, silah-sursatla təmin edilməsi, onun haqqında təriflər yağdırılması, müxtəlif epitetlərlə bəzədilməsi onun həqiqi gücünü, döyüş qabiliyyətinin yüksək olmasını sübuta yetirməyə kifayət etmir. Ordunun gücü, onun döyüş qabiliyyətinin nümayiş etdirilməsi, həyata keçirdiyi əməliyyatlar, əldə etdiyi hərbi uğurlar və qazandığı zəfərlərdir.

“Bu mənada 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti təxribatına və hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatları, qısa müddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etməsi faktı mühüm əhəmiyyət kəsb edir. Silahlı qüvvələrimizin ədalətin bərpası, torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığı Vətən müharibəsi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına, ölkəmizin suverenliyinin tam bərpa edilməsi, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinin yerinə yetirilməsi və Ermənistanın kapitulyasiyaya məcbur edilməsi ilə nəticələndi. Əlbəttə ki, bu hadisə həm də Azərbaycan Silahlı Qüvvələrinin əslində nəyə qadir olmasının bütün dünyaya nümayişi idi. Ordumuz 44 gün ərzində bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi, adını dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Beynəlxalq aləm Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu.

Nəhayət, 2023-cü il sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatları, Ermənistan ordusunun tör-töküntülərinə sarsıdıcı zərbə vurdu və əslində terror təşkilatı olan “Qarabağ özünümüdafiə ordusunu” tamamilə məhv edərək kökünü birdəfəlik kəsdi. İllər boyu yalançı “qəhrəmanlığı”, “məğlubedilməzliyi” ilə öyünən, bütün digər məsələlərdə olduğu kimi “Qalibiyyətli erməni ordusu” mifi, nağılları da nağılbazlar üçün acı sonluqla bitdi. Tarix boyu “qəhrəmanlığını” yalnız silahsız, mülki əhali üzərində nümayiş etdirən qəddar və xain düşmənin gücü və cəsarəti qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa çatdı. Məhz uğurla başa çatan bu əməliyyat nəticəsində ölkəmizin ərazisində erməni separatizminə də birdəfəlik son qoyuldu. Azərbaycanın müzəffər Ordusunun 2020-ci ilin sentyabrın 27-də başlanmış mübarizəsi 2023-cü ilin sentyabrında böyük zəfərlə yekunlaşdı. Silahlı qüvvələrimiz Vətənimizi qorumaq, torpaqlarımızı işğaldan azad etmək vəzifəsini şərəflə yerinə yetirdi. Əslində, keçən əsrin 80-ci illərin sonunda başlayaraq torpaqlarımız uğrunda canını, qanını fəda etmiş qəhrəman oğullarımızın, şəhidlərimizin, terror qurbanı olan mülki vətəndaşlarımızın qisası alındı”, - deyə Əhməd Abbasbəyli vurğulayıb.

Bu gün də Orduya diqqət və qayğının dövlətimizin əsas prioritetlərindən biri olduğunu bildirən siyasi şərhçi əlavə edib: “Azərbaycan öz Ordusunu gücləndirməyə və hərbi potensialını artırmağa böyük önəm verir. Məhz belə uğurlu siyasətin nəticəsi olaraq bu gün Qafqazda ən müasir, ən güclü və ən çevik nizami ordu olan Azərbaycan Silahlı qüvvələrinin Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunları potensialı rəqiblə effektiv mübarizə aparmaq iqtidarındadır. İxtisaslaşmış beynəlxalq qurumlar, xarici hərbi ekspertlər də Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclüləri sırasında olduğunu etiraf edirlər.

Hazırda Azərbaycan Ordusu öz inkişafının ən parlaq dövrünü yaşamaqdadır. Əminik ki, Cümhuriyyət ordusunun ənənələrini qoruyub saxlamaqla güclü bir orduya çevrilmiş Azərbaycan Silahlı Qüvvələri, gündən-günə artan qüdrəti sayəsində Vətənimizin müdafiəsini təmin etməyə və Ali Baş Komandanının bütün əmrlərini uğurla yerinə yetirməyə qadirdir”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub