İDMAN


Azərbaycan boksçuları Özbəkistanda 4 medal qazanıblar

Bakı, 25 may, AZƏRTAC

Özbəkistanın Fərqanə şəhərində yeniyetmə boksçular arasında İsrailjon Rüstəmovun xatirəsinə həsr olunan beynəlxalq turnirə yekun vurulub. Final döyüşlərində Azərbaycan millisinin 2 boksçusu çempionluq döyüşünə çıxıb.

AZƏRTAC xəbər verir ki, yığmamızın üzvü Məhəmmədəli Aşurəliyev (54 kq) həlledici qarşılaşmada qazaxıstanlı Bekkoja Jaksılıqla üz-üzə gəlib. Gərgin idman mübarizəsi şəraitində keçən döyüşdə qələbə qazanan həmyerlimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tağı Nəsibovun (50 kq) finaldakı rəqibi isə özbəkistanlı İlhom Erqaşev olub. Qarşılaşma ev sahibinin qələbəsi ilə yekunlaşdığından təmsilçimiz gümüş medalla kifayətlənib.

Beləliklə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Qırğızıstandan 164 idmançının qatıldığı yarışı milli komandamız 1 qızıl, 1 gümüş və 2 bürünc mükafatla bitirib. Turnirdə Məhəmmədəli Qasımzadə (57 kq) və Ziya Həsənov (66 kq) üçüncü yeri tutublar.

Qeyd edək ki, yarışın yekununda Azərbaycan millisinin baş məşqçisi Vaqif Kazımov və referimiz Fikrət Hacıyevə fəxri diplomlar verilib.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.