İDMAN


Azərbaycan boksçusu Albert Səlimov Braziliyada keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanıb VİDEO

Quba, 11 aprel, Elxan Yusifli, AZƏRTAC

Aprelin 11-də Dünya Boks Seriyası (WSB) liqasının 12-ci turu çərçivəsində Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və ABŞ-ın “USA Knockouts” komandaları arasındakı qarşılaşma Azərbaycan boksçularının 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

AZƏRTAC xəbər verir ki, bu qarşılaşma həm də boksçumuz Albert Səlimovun 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanması ilə əlamətdar olub. 60 kiloqram çəki dərəcəsində mübarizə aparan A.Səlimovla Karlos Balderas arasında keçirilən döyüşdə ciddi zədə alan rəqib görüşü davam etdirə bilmədiyindən qələbə təmsilçimizə verilib.

Digər üç döyüşdə Murad Rabadanov (52 kq) Brent Riçard Veneqasa, Pərviz Bağırov (69 kq) Brayan Keballoya, Mixail Dalqalivets (81 kq) isə Stiv Nelsona qalib gəlib.

Yarışda 91 kiloqramdan yuxarı çəki dərəcəsində Haci Murtuzəliyev və Kam Avesome arasında nəzərdə tutulan döyüş keçirilməyib. Rəqib yarışa gələ bilmədiyindən “Baku Fires” təmsilçisinə texniki qələbə verilib.

Aprelin 18-də isə komandamız Puerto-Rikoya yola düşəcək. Orada “Puerto Rico Hurricanes” kollektivi ilə keçirələcək qarşılaşmada Heybətulla Hacıəliyev qələbə qazanacağı təqdirdə Rio-de-Janeyro arzusunu gerçəkləşdirə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.