Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək
Vaşinqton, 11 iyun, AZƏRTAC
Prezident Donald Tramp ABŞ-nin İrana qarşı hərbi hücumlarını Vəziyyət Otağından izləyib.
AZƏRTAC-ın məlumatına görə, bu barədə o, “Fox News”un müxbiri Trey Yinqstə müsahibəsində deyib.
Donald Tramp bildirib ki, bu gecə İran rəsmiləri ilə birbaşa danışıb və onlar bombalamağı dayandırmasını istəyiblər.
ABŞ Prezidenti əlavə edib ki, bombalama tezliklə dayandırılacaq, lakin əgər onlar razılaşmanı imzalamasalar, bombalamanı davam etdirəcək.
Tramp bunu dünya tarixində ən çox pozulan atəşkəs adlandırıb.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [16:47]
Qlobal ərzaq qiymətləri son 3 ildə ən yüksək səviyyəyə qalxıb
- 07.08.2026 [16:35]
Aİ Rusiyaya yeni sanksiyalar tətbiq edib
- 07.08.2026 [16:06]
Pekin parklarında robot “əməkdaşlar” peyda olub
- 07.08.2026 [16:02]