MƏDƏNİYYƏT


“Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası”nın layihəsi hazırlanır

Bakı, 8 aprel, AZƏRTAC

Azərbaycan Prezidentinin “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 1 mart 2019-cu il tarixli Sərəncamında Mədəniyyət Nazirliyinə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və digər aidiyyəti qurumların təkliflərini nəzərə almaqla “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması tapşırılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə tanınmış kino mütəxəssislərindən, bu sahədə fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən, eləcə də dövlətin kino sahəsinə məsul şəxslərindən ibarət İşçi Qrupu yaradılıb.

Konsepsiya ilə bağlı təkliflərin təqdim edilməsi məqsədilə ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara nazirlik tərəfindən müvafiq məktublar göndərilib. Hazırda onları təqdim etmiş təşkilatların iştirakı ilə təkliflər İşçi Qrupu tərəfindən müzakirə olunur.

Bundan əlavə, konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün yaradılmış, nazirliyin aparat rəhbərinin müavini – hüquq və daxili nəzarət şöbəsinin müdiri Namiq Qulamov, kinematoqrafiya şöbəsinin sektor müdiri Aydın Hüseynov və “Azərbaycanfilm” kinostudiyasının direktor müavini Azər Quliyevdən ibarət İşçi Qrupu Litva və Macarıstandakı səfirliklərimizin dəstəyi ilə sözügedən ölkələrdə səfərlərdə olub, bu ölkələrin kino sənayesinin iştirakçıları ilə görüşlər keçirib, kinematoqrafiya sahəsindəki vergi, gömrük və digər imtiyazlarla bağlı təcrübələrini təhlil ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.