İQTİSADİYYAT
Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri energetika sahəsində yeni əməkdaşlıq imkanlarını müzakirə edib
Bakı, 15 mart, AZƏRTAC
230 MVt gücündə “Qaradağ” Günəş Elektrik Stansiyasının (GES) təməlqoyma mərasimi çərçivəsində energetika naziri Pərviz Şahbazov ilə Birləşmiş Ərəb Əmirliklərinin energetika və infrastruktur naziri Suhail Al Mazroueinin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüşdə “Qaradağ” GES-in təməlinin qoyulması iki ölkə arasında yüksək münasibətlərin göstəricisi kimi qiymətləndirilib. Azərbaycan xarici investisiyalar, cəlbedici və çoxşaxəli enerji əməkdaşlığı üçün böyük imkanlara malik ölkə kimi dəyərləndirilib.
Söhbət zamanı bərpa olunan enerjinin bir çox istiqamətləri, həmçinin təbii qaz, hidrogen və elektrik enerjisi sahələri üzrə əməkdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.