Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Azərbaycanın görkəmli şəxsiyyətləri ilə bağlı altı məkan

Bakı, 8 fevral, AZƏRTAC

Mirzə Fətəli Axundzadənin Şəkidəki ev-muzeyi

Azərbaycan dramaturgiyasının banisi, yazıçı və mütəfəkkir Mirzə Fətəli Axundzadə (1812-1878) Nuxada (Şəki) anadan olub. Yazıçının uşaqlıq illərinin keçdiyi ev indi də qalır. 1937-ci ildə burada M.F.Axundzadəyə, onun anasına, ailəsinə məxsus şəxsi əşyaların sərgiləndiyi muzey yaradılıb.

M.F.Axundzadənin evinin yaxınlığında geniş sərgi zalı var. Burada yazıçının yaradıcılığı ilə tanış olmaq olar. Sərgi zalında M.F.Axundzadənin kitabları, sənədləri, əlyazmaları, mebel, o cümlədən yazıçının iş masası, onun və müasirlərinin portretləri, həmçinin görkəmli Azərbaycan dramaturqunun həyatını əks etdirən digər tarixi eksponatlar saxlanılır.

Gəncədəki Nizami Gəncəvi Muzeyi

Dahi Azərbaycan şairi və mütəfəkkiri İlyas Yusif oğlu Nizami (1141-1209) Gəncə şəhərində anadan olub, yaşayıb və vəfat edib. Onun Gəncəvi təxəllüsünün mənşəyi də bu şəhərlə bağlıdır. Nizami poeziya və elmlə məşğul olub. Xalq arasında müdrikliyi və təvazökar həyat tərzi ilə seçilən şair Azərbaycan hökmdarlarının - Atabəylərin sarayına yaxın olub. O, Azərbaycanda və İranda geniş yayılmış beş poemadan ibarət “Xəmsə”si ilə şöhrət qazanıb.

2014-cü ildə Gəncədə, böyük şairin məqbərəsi yaxınlığında açılmış muzeydə Nizami Gəncəvinin həyat və yaradıcılığı ilə daha geniş tanış olmaq olar. Muzeyin ekspozisiyalarına qədim əlyazmalar, Nizaminin əsərlərinə çəkilmiş bədii illüstrasiyalar, heykəltəraşlıq nümunələri, şairin yaşadığı dövrdə geniş yayılmış məişət əşyaları və digər qiymətli eksponatlar daxildir. Burada, həmçinin dahi şairin 800 və 840 illik yubileyləri münasibətilə nəşr edilmiş kitablar və monoqrafiyalar nümayiş olunur. Ayrıca stenddə isə 2011-ci ildə Nizami Gəncəvinin 870 illik yubileyinə həsr edilmiş bayram tədbirlərində çəkilmiş fotoşəkillərlə tanış olmaq mümkündür.

Bundan başqa, muzeydə şairin həyat və yaradıcılığını əks etdirən monitorlar, müfəssəl məlumatın yer aldığı elektron köşk də quraşdırılıb. Muzeyin elmi-tədqiqat bölməsində elmi tədqiqatların aparılması üçün hər cür şərait yaradılıb. Burada konfrans zalı, qonaqlar və turistlər üçün istirahət guşələri də var.

Gəncədəki Məhsəti Gəncəvi Mərkəzi

Azərbaycan poeziyasının daha bir böyük nümayəndəsi - XI əsrin sonu – XII əsrin əvvəlində yaşamış Məhsəti Gəncəvi də Gəncənin yetirməsidir. O, Azərbaycanın ilk görkəmli şairəsi, ilk qadın şahmatçısı, ilk məşhur qadın musiqiçi və bəstəkarı olub. Yeni şəhər poeziyasının nümayəndəsi olan Məhsəti Gəncəvi öz şeirlərində rəssamları, şairləri və müğənniləri tərənnüm edib. Onun fəlsəfi düşüncə dolu şeirləri, xalq yaradıcılığından yoğurulmuş rübailəri Azərbaycan və Şərq poeziyası tarixində mühüm rol oynayıb.

2013-cü ildə Azərbaycanda Məhsəti Gəncəvinin 900 illiyi təntənəli şəkildə qeyd edilib. Bu yubiley çərçivəsində çoxsaylı tədbirlər, sərgilər, konsertlər təşkil olunub, Gəncədə Məhsəti Gəncəvi Mərkəzi tikilib. Məhsəti Gəncəvinin zəngin irsinin nümayiş olunduğu mərkəzin üçmərtəbəli binası qarşısında şairənin əzəmətli heykəli ucaldılıb, Məhsəti bağı salınıb.

Klassik memarlıq üslubunda inşa edilmiş binada şairənin yaradıcılığına həsr edilmiş rəsm qalereyası, oxu zalı, Məhsətinin Azərbaycan, rus və ingilis dillərində rübailərinin yer aldığı elektron köşk var. Burada, həmçinin Məhsətinin və Nizaminin ədəbi irsindən, Azərbaycan xalçaçılıq sənətindən bəhs edən kitablar nümayiş olunur.

2013-cü ildə Heydər Əliyev Fondunun təşkilati dəstəyi ilə Fransanın Reyms və Miluz şəhərlərində Məhsəti Gəncəvinin 900 illik yubileyinə həsr olunmuş sərgi və konsertlər təşkil olunub. Mərkəzdə bu tədbirləri əks etdirən fotoşəkillər sərgilənir.

Mərkəzdə təkcə Məhsəti Gəncəvinin deyil, digər görkəmli Azərbaycan şairləri və mütəfəkkirlərinin də həyat və yaradıcılığı haqqında müfəssəl elmi informasiya almaq olar. Mərkəzin nəzdində fəaliyyət göstərən sərgidə Azərbaycan musiqi alətləri, habelə Məhsətinin dövründə qadınların milli geyim nümunələri sərgilənir. Rəsm qalereyasında Məhsəti Gəncəvi və onun rübailəri haqqında müxtəlif tablolar, incəsənət əsərləri, monumental əsərlər, şairənin rəsmi olan xalçalar nümayiş olunur. Məhsəti otağında proyektor vasitəsilə miniatürlər və təsviri sənət əsərləri ilə tanış olmaq mümkündür. Mərkəzdə musiqi studiyası, not kitabxanası, muğam və fortepiano şöbəsi, iclas zalı da var.

Gəncədə Cavad xan türbəsi

Gəncə şəhərinin mərkəzindəki Cümə məscidi ərazisində Gəncə xanlığının son hökmdarı Cavad xanın türbəsi yerləşir.

Cavad xanın hakimiyyəti zamanında (1786-1804-cü illər) Gəncə görünməmiş çiçəklənmə dövrü yaşayıb. Xanlığın öz gerb və bayrağı vardı. Mədəniyyət, ticarət əlaqələri və sənətçilik inkişaf edir, yeni məscidlər, karvansaralar tikilir, qədim memarlıq tikililəri bərpa olunurdu. Cavad xanın sarayında alimlər, yazıçılar və şairlər toplaşırdı. Tanımış Azərbaycan şairi Mirzə Şəfi Vazehin atası Kərbalayı Sadıq saray memarı, qədim Hindistan nağılının Azərbaycan versiyası olan “Tutinamə”nin müəllifi Möhsün Nəsiri isə saray şairi idi.

Gəncənin mühüm geosiyasi mövqeyi, Azərbaycan xanlıqlarının parçalanması və Rusiya imperiyasının Qafqazda işğalçı siyasətinin güclənməsi fonunda Cavad xan üçün müstəqil siyasət yürütmək getdikcə daha çətin olurdu. Rus ordusunun komandanlığı Gəncəni “İranın şimal əyalətlərinin açarı” hesab edirdi və bu qalanın ələ keçirilməsi Rusiya üçün birinci dərəcəli vəzifə idi.

1804-cü ildə şəhərin iki verstliyində - Quru Qobu adlanan yerdə general Sisyanovun komandanlığı altında rus qoşunları və Gəncə xanının qoşunu arasında həlledici döyüş baş verdi. Bu döyüş Cavad xanın qoşununun Gəncəyə geri çəkilməsi ilə nəticələndi. Şəhərin könüllü təslim edilməsi haqqında dəfələrlə edilən təkliflərə Cavad xandan qəti rədd cavabı alan Sisyanov hücuma keçdi. Amansız döyüşdə Cavad xan və oğlu Hüseynqulu ağa həlak oldu, xanın sağ qalan döyüşçüləri isə təslim oldu. Rus qoşunları tərəfindən ələ keçirildikdən sonra Gəncə xanlığı ləğv edildi və şəhər Yelizavetpol adlandırıldı.

Artıq iki əsrdir Cavad xanın mərdliyi və rəşadəti azərbaycanlıları ruhlandırır. Gəncədə və Bakıda küçələr və parklara Gəncə xanlığının son hökmdarının adı verilib. Cavad xanın bayrağındakı emblem Azərbaycan xalqının məğrurluğunun simvolu kimi müasir Gəncənin gerbi olaraq qəbul olunub.

Kamil Əliyevin ev-muzeyi

Kamil Əliyev (1921-2005) xalça rəssamı, Azərbaycanın Xalq Rəssamıdır.

Azərbaycan xalçası rənglərin coşqunluğu, ornamentlərlə zəngin motivləri, süjetlərin qeyri-adi vəhdəti ilə ustaların çox zəhmət tələb edən, bəzən çoxillik əsəridir. Təsadüfi deyil ki, “Azərbaycanda ənənəvi xalça toxuma sənəti” UNESСO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib.

Azərbaycanlı ailəsində xalçaları hər yerdə görmək olar: onları döşəməyə salır, divara asır, cehiz verir, miras kimi buraxır, yubileylərdə hədiyyə edirlər. Qiymətli xalçaları diplomatlara, dövlət başçılarına bağışlayırlar. Rəssam Kamil Əliyev məhz bu cür xalçalar hazırlayırdı. Onun Azərbaycan dekorativ-tətbiqi sənəti ənənələrinə novatorluqda əsas xidməti xalçaçılıq sənətində realistik portret janrının tətbiqidir. O, xalça üzərində görkəmli insanların portretini əks etdirən ilk Azərbaycan rəssamlarındandır.

Kamil Əliyev 1921-ci ildə İrəvanda, Azərbaycanın keçmiş İrəvan xanlığının mərkəzində anadan olub. Gələcək rəssam 11 yaşında valideynləri ilə Bakıya köçüb. Kamil Əliyevin ev-muzeyi Bakıda, İçərişəhərdə dördmərtəbəli daş binada yerləşir. Rəssam 83 yaşında burada vəfat edib.

Ev-muzeyində 127 müəllif xalçası, o cümlədən yarımçıq qalmış işlərlə tanış olmaq olar. Birinci mərtəbədə ustanın həyatda olduğu illərdəki kimi saxlanılan boyaqçı sexi var. İkinci mərtəbədə ustanın və köməkçilərinin işlədiyi xalça sexi və dəzgahlarla tanış olmaq olar. Üçüncü mərtəbə isə bütünlükdə xalça ekspozisiyaları üçün ayrılıb. Muzeydə, həmçinin Kamil Əliyevin Bakı Zərgərlik Zavodunun direktoru olduğu illərdə verdiyi eskizlər əsasında hazırlanmış zərgərlik məmulatları da sərgilənir.

Vaqif Mustafazadənin ev-muzeyi

Görkəmli Azərbaycan caz bəstəkarı və ifaçısı Vaqif Mustafazadənin ev-muzeyi 1989-cu ildə yaradılıb. 1994-cü ildə muzeyə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı statusu verilib.

Vaqif Mustafazadə bənzərsiz yaradıcılığı, virtuoz texnikası, özünəməxsus ifa tərzi ilə dinləyiciləri valeh edirdi. O, ilk dəfə cazda Azərbaycan koloritindən, muğamdan istifadə edib və Azərbaycan cazının banilərindən birinə çevrilib. Vaqif Mustafazadə simfonik və kamera musiqisi də bəstələyib.

Muzeydə olan 1214 eksponat 3 otaqda sərgilənir. Ekspozisiyada Vaqif Mustafazadəyə aid fotoşəkillər, afişalar, qrammofon valları, müxtəlif sənədlər, incəsənət əsərləri, məişət əşyaları və digər eksponatlar yer alıb.

Vaqif Mustafazadənin anası Zivər Əliyeva 1989-1997-ci illərdə muzeyə rəhbərlik edib. Hazırda muzeyin direktoru musiqiçinin yaxın qohumu Afaq Əliyevadır. O, həmçinin Vaqif Mustafazadə adına Xeyriyyə fondunun təsisçisi və rəhbəridir.

Qeyd etmək lazımdır ki, Vaqif Mustafazadənin musiqisi bu gün də sevilir, tez-tez radioda səslənir, disklərə yazılır.

Emil Eyyubov

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Professor Kamran İmanov: Bizim eranın XVII əsrinə qədər Qərbi Azərbaycanda erməni izi olmayıb

Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib

Səfir: İmzalanan sənədlər Qırğızıstanla Azərbaycan arasındakı əməkdaşlığın perspektivlərindən xəbər verir

Kamran İmanov: İşğaldan azad edilmiş ərazilərdə Agentlik tərəfindən hələ ki tədqiqat aparılmır

BDU məzunları dövlət qulluğu imtahanlarında ən yüksək nəticə göstəriblər

Kərim Vəliyev: Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi öz vəzifə və tapşırıqlarının öhdəsindən layiqincə gəldi

Professor Kamran İmanov: Müəlliflik olmayan yerdə əqli mülkiyyət də yoxdur

Mingəçevir Dövlət Universiteti ilə Riyaziyyat və Mexanika İnstitutu arasında əməkdaşlıq əlaqələri güclənir

Tədqiqat: Qadın həkim öz həmcinslərini kişi həmkarından daha yaxşı müalicə edir

“Yallı: güc, harmoniya və birlik simvolu” - məktəblilər üçün tədbir

DSMF: Fərdi uçot sistemində sığortaedənlərin sayı 0,74 faiz artıb

Yasamal rayonunda fəaliyyət göstərən kafedə nöqsanlar aşkarlanıb

Prezident: Enerji təhlükəsizliyi məsələsi əhəmiyyətinə görə milli təhlükəsizliyə bərabər olmalıdır

Qəzzaya yardım çatdırılması üçün üzən liman tikilir

Fərid Şəfiyev: Azərbaycan və Qırğızıstan gəncləri arasında əlaqələrin gücləndirilməsi vacibdir

“Yaşıl iqtisadiyyat, rəqəmsal Azərbaycan” – UNEC-də ictimai müzakirə

Prezident: Bizim yaşıl enerji layihələrimiz xarici investorlar tərəfindən maliyyələşdirilir

Kişi və qadın həndbolçular arasında Azərbaycan çempionatlarında növbəti oyunların təqvimi açıqlanıb

Azərbaycan klubu iki basketbolçu ilə yollarını ayırıb

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Ramizə Məmmədli

Azərbaycan Prezidenti: Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi

Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edəcək

Masallının bir sıra kəndlərinə elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq

Ali Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib

Çexiya 2025-ci ildə 20 ölkədən neft alacaq

Beynəlxalq “İKT-də Qızlar” Günü ilə bağlı forum keçirilib

Qarabağda yayılan nadir, endemik və dərman bitkiləri tədqiq edilib

Azərbaycan Prezidenti: Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər

ABŞ-da yaşayan soydaşımız Ədəbiyyat Muzeyində olub

Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək VİDEO

XİN: Avropa Parlamenti tərəfindən qəbul olunan qətnamə Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyəti açıq şəkildə təhrif edir

Prezident: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyik

Azərbaycan Prezidenti: COP29-a ev sahibliyinə yekdilliklə seçilməyimiz yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır

“Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Ombudsman: Əqli mülkiyyət hüququnun qorunması mədəniyyəti termini tələbələr, gənc hüquqşünaslar arasında geniş yayılmalıdır

Türkiyənin dəstəyi ilə Azərbaycanda yaradılması nəzərdə tutulan etalon laboratoriyalarına baxış keçirilib

Keçmiş haker və “Apple” əməkdaşı “iPhone” və “Mac”ın müdafiəsi üçün startap yaradıblar

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir VİDEO

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - Ziyarətə çevrilmiş ocaq

Ayın üzərində ilk reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib VİDEO

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Qazaxıstanda 25 min nəfər daşqınlarla mübarizəni davam etdirir

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb