SİYASƏT


Azərbaycanın hər sahədə inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycanın hər sahədə inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bakı, 9 may (AZƏRTAC). Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.

Bakı Ali Neft Məktəbinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirmişlər ki, rektor Elmar Qasımov tədbirdə çıxış edərək ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə respublikamızın inkişafına dəyərli töhfələr verdiyini bildirmişdir. O, müasir müstəqil Azərbaycanın qurucusu, ölkənin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı kimi Ümummilli Liderin ölkəmizin beynəlxalq miqyasda tanınmasında müstəsna rol oynadığını vurğulamışdır.

Rektor Azərbaycanın iqtisadi inkişafının məhz ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülmüş və Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi neft strategiyası sayəsində mümkün olduğunu qeyd etmiş, gəncləri Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşərək dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət etməyə çağırmışdır.

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Mübariz Qurbanlı Heydər Əliyev fenomeninin Azərbaycan, keçmiş Sovetlər İttifaqı və eləcə də dünya miqyasında qəbul edildiyini bildirmişdir. Vurğulanmışdır ki, 1969-1983-cü illərdə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Respublikasının iqtisadi inkişafında böyük uğurlar əldə edilmişdir. Ümummilli Lider 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə gələrək Azərbaycanın parçalanmasının qarşısını almış, Yeni Azərbaycan Partiyasının rəhbəri kimi uzun perspektivdə ölkənin strateji inkişaf yolunu müəyyən etmişdir. Azərbaycanın haqq sözünün dünyaya çatdırılmasında, ölkənin dünya siyasətində və iqtisadiyyatında rolunun ildən-ilə artmasında müstəsna xidmətlər göstərmişdir.

M.Qurbanlı müasir müstəqil Azərbaycanın təməlinin Heydər Əliyev tərəfindən qoyulduğunu, bu əfsanəvi şəxsiyyətin dünya siyasətçiləri sırasında özünəməxsus yer tutduğunu və Azərbaycan xalqının dahi liderin xatirəsinə həmişə xüsusi ehtiram bəslədiyini qeyd etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.