İQTİSADİYYAT


Azərbaycanla Özbəkistanın energetika sahəsində əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Bakı, 14 oktyabr, AZƏRTAC

Energetika naziri Pərviz Şahbazov ilə Özbəkistanın ölkəmizdəki səfiri Bahrom Aşrafxanov arasında görüş keçirilib. Nazir, B.Aşrafxanovu ölkəmizdə diplomatik fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı P.Şahbazov səfirə Ermənistanın ölkəmizə qarşı son hərbi təxribatları və Azərbaycanın öz ərazisində apardığı əks-hücum əməliyyatları barədə məlumat verib. Görüşdə humanitar atəşkəsin əldə olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin cəbhə zonasından uzaqda yerləşən yaşayış məntəqələrinə hücumları, o cümlədən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə raket zərbələri nəticəsində dinc sakinlərin həlak olması və strateji obyektlərin hədəfə alınması diqqətə çatdırılıb.

Nazir Özbəkistanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinə verdiyi dəstəyə görə səfir B.Aşrafxanova təşəkkür edib.

Görüşdə, həmçinin iki ölkə arasında energetika sahəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, həmçinin “Azərbaycan Respublikasının Energetika Nazirliyi və Özbəkistan Respublikasının Energetika Nazirliyi arasında Anlaşma Memorandumu”nun imzalanmasına dair məsələlər müzakirə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.