ELM VƏ TƏHSİL


Azərbaycanlı doktorantın məqaləsi UNESCO-nun elektron bülletenində yerləşdirilib

Bakı, 7 yanvar, AZƏRTAC

UNESCO-nun Beynəlxalq Bioetika Şəbəkəsi Türkiyə bölməsinin və Hacettepe Universitetinin Bioetika Təhsil Araşdırma və Tətbiq Mərkəzinin “Türkiyədən bioetika haqqında izahat” elektron bülleteninin ilk nömrəsi yayımlanıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) AZƏRTAC-a bildiriblər ki, ildə iki dəfə yayımlanacaq elmi-publisistik bülletenin ilk buraxılışında hazırda mərkəzdə fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və İnsan Haqları İnstitutunun bioetika və cinayət hüququ ixtisasları üzrə doktorantı, ADPU-nun müəllimi Sevda Kərimovanın “Ölüm cəzası cinayətdən çəkindirirmi?” məqaləsi yer alıb. Məqalə ilə

http://www.deontoloji.hacettepe.edu.tr/ linkində tanış olmaq mümkündür.

UNESCO-nun bioetika kafedralarının fəaliyyət göstərdiyi bir çox ölkələrdə alternativi olan bu elektron bülletenin Azərbaycanda da yaradılması hazırda dünyanın diqqət mərkəzində olan bioetikanın inkişafına kömək edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.