İQTİSADİYYAT


“Azərenerji” noyabrda 1,96 milyard kilovat-saat elektrik enerjisi istehsal edib

Bakı, 6 dekabr, AZƏRTAC

Bu ilin noyabr ayında “Azərenerji” ASC tərəfindən istehsal olunan elektrik enerjisinin həcmi 1 milyard 965 milyon kilovat-saat təşkil edib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, 2017-ci ilin noyabr ayında isə bu rəqəm 1 milyard 730 milyon kilovat-saat olub.

Ölkənin enerji sisteminin əlaqəsi olan dövlətlər ilə elektrik enerjisi mübadiləsi cari ilin müvafiq dövrü ərzində də qarşılıqlı şəkildə həyata keçirilib.

Hazırda energetika sektorunun əsas subyektlərindən olan “Azərenerji” ASC qarşısında müəyyən edilən yeni prioritetlər və hədəflər əsasında “Ölkə enerji sistemində yaranmış kritik vəziyyətin aradan qaldırılması məqsədilə işlənib hazırlanmış reabilitasiya üzrə Tədbirlər Planı” çərçivəsində aparılan fundamental yenidənqurma tədbirləri və genişmiqyaslı müasirləşdirmə prosesi sürətlə davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.