DÜNYA
“BAHAR NƏSİMİ” 28 ADAMIN HƏYATINA SON QOYMUŞDUR
AZƏRTAC-ın “Novosti” agentliyinə istinadla verdiyi xəbərə görə, Misirdə hələ fironlar dövründən qeyd olunan “Şam ən-Nəsim” (“Bahar nəsimi”) xalq bayramında 28 adam həlak olmuş, 35 nəfər yaralanmışdır.
Ölkənin Daxili İşlər Nazirliyi bildirmişdir ki, Nil çayında üzənlərdən 15 adam suda boğulmuş, 9 nəfər isə qayığın çevrilməsi nəticəsində həyatla vidalaşmalı olmuşdur. Misirin müxtəlif vilayətlərində yol-nəqliyyat hadisələri zamanı 4 adam həlak olmuş, 35 nəfər xəsarət almışdır.
“Şam ən-Nəsim” bayramını Misirdə həm müsəlmanlar, həm də xristian-qibtilər Pasxadan dərhal sonra qeyd edirlər. Həmin günü su kənarında keçirmək, şor və ya hisə verilmiş balıq yemək lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]