SİYASƏT
“BİZ ÇOX ŞADIQ Kİ, AZƏRBAYCAN HÖKUMƏTİNƏ İLHAM ƏLİYEV KİMİ UZAQGÖRƏN SİYASƏTÇİ RƏHBƏRLİK EDƏCƏK”
O qeyd etmişdir ki, İlham Əliyevin Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmasını dost və qardaş ölkənin bütün sahələrdə bundan sonra da sürətlə irəliləməsinə, xalqın rifahının daim yaxşılaşmasına qayğı və diqqət kimi qiymətləndirmək lazımdır. Əminəm ki, İlham Əliyev dünya şöhrətli şəxsiyyət və müdrik dövlət başçısı Heydər Əliyevin işləyib hazırladığı və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da yüksəlməsinə, iqtisadiyyatının inkişafına, dövlətçiliyin möhkəmlənməsinə yönəldilmiş siyasi xəttini İlham Əliyev qətiyyətlə, ardıcıllıqla davam etdirəcəkdir.
Gürcüstan parlamentinin deputatı xalqlarımız arasında qədim dostluğun getdikcə möhkəmlənməsində və ölkələrimizin bütün sahələrdə əlaqələrinin genişlənməsində prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze ilə yanaşı, İlham Əliyevin də xidmətləri olduğunu və buna görə gürcü xalqının ona da böyük hörmət bəslədiyini xüsusi vurğulamışdır.
O, sözünü tamamlayaraq, İlham Əliyevə yeni, daha məsul vəzifədə uğurlar arzulamışdır.