İDMAN
Badminton yarışlarında kişilər və qadınlar arasında fərdi yarışların final mərhələsi keçirilir VİDEO
Bakı, 28 iyun, Raisə Abbasova, Həsrət Mahmudova, AZƏRTAC
Birinci Avropa Oyunlarında badminton üzrə kişilər və qadınlar arasında fərdi yarışların final mərhələsi başlayıb.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında yarışın finalında danimarkalı Line Kyaersfeldt və belçikalı Lian Tan qarşılaşacaqlar.
Kişilərin mübarizəsində isə qızıl medal uğrunda görüşdə danimarkalı Emil Holst ispaniyalı Abian Pablo ilə üz-üzə gələcək.
Qarışıq cütlüklər arasında həlledici görüşdə fransalı Qaetan Mittelheisser - Odri Fonten və danimarkalı Niklas Nor - Sara Tigesen duetləri qalib adı uğrunda yarışacaqlar.