İQTİSADİYYAT
Bakı Sərgi Mərkəzindəki nəqliyyat sərgilərində AZƏRTAC öz stendi ilə təmsil olunur VİDEO
Bakı, 11 iyun, AZƏRTAC
İyunun 11-də Bakı Sərgi Mərkəzində işə başlayan XVIII Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika - “TransCaspian 2019” və IX Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat - “Road & Traffic 2019” sərgilərində AZƏRTAC öz stendi ilə təmsil olunur.
AZƏRTAC xəbər verir ki, hər il olduğu kimi, bu dəfə də stenddə agentliyin müxtəlif illərdə hazırladığı çap və multimedia məhsulları nümayiş etdirilir.
Sərgi ekspozisiya ilə tanış olan ziyarətçilərə geniş imkanlarından bəhrələnən və 8 dildə xəbər yayan AZƏRTAC-ın öz məhsullarını mətn, infoqrafika, video, audio-slaydşou və fotolent formalarında dünya informasiya məkanında yayması barədə ətraflı məlumat verilir.
Ənənəvi olaraq hər il keçirilən sərgilərin media tərəfdaşı olan AZƏRTAC-ın ekspozisiyasındakı nəşrlər, multimedia məhsulları, informasiyanın istehsalı və yayılması ilə bağlı məlumatlar ziyarətçilər və sərgi iştirakçıları tərəfindən maraqla qarşılanır.