MƏDƏNİYYƏT


Bakıda Qazaxıstanın “Mezzo” musiqi qrupunun konserti olub VİDEO

Bakı, 10 aprel, AZƏRTAC

Aprelin 10-da Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qazaxıstanın “Mezzo” musiqi qrupu konsert proqramı ilə çıxış edib.

AZƏRTAC xəbər verir ki, konsert Qazaxıstanın ölkəmizdəki səfirliyinin və Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə reallaşıb.

Tədbirdə Qazaxıstanın ölkəmizdəki səfiri Beybit İsabayev bildirib ki, “Mezzo” - klassik və pop musiqisinin elementlərinin sintezi olan klassik krossover musiqi üslubunda çıxış edən məşhur vokal qrupudur və qrup ilk dəfədir Azərbaycanda konsert proqramı təqdim edir.

2012-ci ildə yaradılan və 4 istedadlı gəncdən ibarət “Mezzo” qrupu Andrea Boçelli, İl Divo, Coş Qroban, Alessandro Safina, Elton Con, Elvis Presli və Frenk Sinatra kimi ifaçıların repertuarlarından olan mahnılara kaver versiyalarını və özlərinin yazdığı mahnıları dünyanın müxtəlif dillərində ifa edirlər. Musiqi təhsilinə və incə, yaradıcı zövqə malik qrupun solistləri seçdikləri musiqi istiqamətinin qanunlarına riayət etməklə və ifa etdiyi hər bir mahnıda öz üslubunu işləməklə pop musiqisinin təkrarolunmaz interpretasiyasını təqdim edirlər.

Qrup həm Qazaxıstan, həm də xaricdə qastrollarda uğurla çıxış edir. Gənc ifaçılar Astana, Nyu-York, London, Qahirə və Kiyevdə alqışlarla qarşılanıblar.

Sonra qrupun təqdimatında Qazaxıstan və dünya bəstəkarlarının yaradıcılığına müraciət edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.