REGİONLAR


Balakən məktəbliləri güləşçi, Vətən müharibəsi qazisi Bayram Muradovla görüşüblər

Balakən, 4 dekabr, Mustafa Dadaşov, AZƏRTAC

Gənclər və İdman, Təhsil nazirliklərinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdikləri əsasnaməyə uyğun olaraq reallaşan “Çempionumuz” sosial idman layihəsi çərçivəsində Balakən rayonunun İtitala kənd tam orta məktəbində sərbəst güləş üzrə respublika mükafatçısı, Vətən müharibəsi qazisi Bayram Muradovla görüş olub.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.

Bildirilib ki, layihənin həyata keçirilməsində məqsəd yeniyetmə və gənclər arasında sağlam həyat tərzini və idmanı təbliğ etmək, nailiyyət qazanmış idmançıları cəmiyyətə tanıtmaq, bədən tərbiyəsi və idman sahəsində maarifləndirmə işlərini genişləndirməkdir.

Görüşdə idmançı çıxış edərək karyerası, idmanın onun həyatındakı rolu, qazandığı uğurlar barədə danışıb.

Görüşün sonunda idmançı məktəblilərin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.