QAN YADDAŞI


Benelüks Azərbaycanlıları Konqresi 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar bəyanat yayıb

Paris, 18 yanvar, AZƏRTAC

Niderland Krallığında fəaliyyət göstərən Benelüks Azərbaycanlıları Konqresi (BAK) tariximizin faciə və qəhrəmanlığı ehtiva edən nadir səhifəsi -20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar bəyanat yayıb.

BAK-ın mətbuat katibi Gülnarə Əliyevanın AZƏRTAC-a verdiyi məlumata görə, üç dildə tərtib edilmiş bəyanat BAK-ın sədri Elsever Məmmədovun adından Avropa Şurası Parlamentinə, Niderland parlamentinə (Tweede Kamer), parlamentdə təmsil olunan siyasi partiya və ictimai qurumlara göndərilib.

Bəyanatda SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinin, Dağlıq Qarabağda baş verən cinayətlərin cavabsız qaldığı vurğulanıb. Azərbaycan xalqının müstəqilliyə gedən yolunun qarşısını almaq üçün 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə və ondan sonrakı günlərdə törədilən qırğından bəhs olunub. Sovet ordusunun mülki əhaliyə qarşı törətdiyi cinayətdən bəhs edilib. Bu cinayətin müəlliflərinin hələ mühakimə edilməməsindən, cəzasız qalmasından təəssüf hissi ifadə olunub.

Bəyanatda Azərbaycan xalqına qarşı törədilmiş bütün cinayətlərin hüquqi qiymətinin verilməsinə çağırış edilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.