DÜNYA
Binyamin Netanyahu koronavirus səbəbindən ikinci dəfə karantinə yollanıb
Bakı, 2 aprel, AZƏRTAC
İsrailin Baş naziri Binyamin Netanyahu ölkənin Səhiyyə naziri Yakov Lismanda koronavirus aşkarlanması səbəbindən ikinci dəfə karantinə yollanıb.
AZƏRTAC İsrail mətbuatna istinadla xəbər verir ki, hökumət başçısının mətbuat katibi Anna Yonatan Binyamin Netanyahunun aprelin 8-dək karantində qalacağını deyib.
Bir qədər əvvəl Səhiyyə Nazirliyi 71 yaşlı Yakov Lismanda və onun həyat yoldaşında koronavirus aşkarlandığı və onların izolyasiyada qalacağı barədə məlumat yayıb.
Qeyd edək ki, Binyamin Netanyahu ilk dəfə əməkdaşlardan birinin xəstələnməsi səbəbindən karantində qalmışdı. O zaman baş nazirin, ailə üzvlərinin və yaxınlarının analizləri neqativ nəticə vermişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]