ELM VƏ TƏHSİL


Boks üzrə respublika birinciliyinin qalibləri mükafatlandırılıblar

Bakı, 18 yanvar, AZƏRTAC

Lənkəran şəhər Olimpiya İdman Kompleksində 2002-2003, 2004-2005-ci il təvəllüdlü yeniyetmə və gənclər arasında boks üzrə “Təhsil” Respublika İdman Mərkəzinin (RİM) birinciliyi keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbirin açılış mərasimində xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra yarışlara start verilib.

Birincilikdə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərindən 16 komanda olmaqla 200-ə yaxın idmançı mübarizə aparıb.

2002-2003-cü il təvəllüdlülər arasında 10 çəki, 2004-2005-ci il təvəllüdlülər arasında 14 çəki dərəcəsi üzrə keçirilən yarışlarda komanda hesabında I yerə “Təhsil” RİM-in 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yerə “Təhsil” RİM-in Sumqayıt şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin, III yerə “Təhsil” RİM-in Lənkəran şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin komandası layiq görülüb.

Qaliblər kubok, medal və diplomlarla təltif edilib.

Qeyd edək ki, birinciliyin keçirilməsində məqsəd məktəblilər arasında vətənpərvərlik hissinin gücləndirilməsi, “Təhsil” Respublika İdman Mərkəzinin müvafiq yaş qrupları üzrə yığma komandasının formalaşdırılması, boks idman növünün təbliğ edilməsi və idmançılar arasında dostluq əlaqələrinin gücləndirilməsindən ibarət olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.