CƏMİYYƏT


Çuğundur ahıl insanların zehni sağlamlığını qoruyur

Bakı, 6 may, AZƏRTAC

İnsan yaşlandıqca onun koqnitiv funksiyaları zəifləyir. Lakin müəyyən ərzaqlar və həyat tərzi koqnitiv bacarıqları yaxşılaşdıra bilər.

AZƏRTAC xəbər verir ki, britaniyalı həkim Maykl Moslinin fikrincə, çuğundur fiziki və koqnitiv iş qabiliyyətini yaxşılaşdırır və hətta tez hərəkət etməyə şərait yaradır.

M.Mosli deyib: “Çuğundur şirəsindən istifadə idrak bacarıqlarını yaxşılaşdıraraq, daha tez qərarlar qəbul etmək qabiliyyətini artırır. Bəzi ehtimallara görə, bu, hətta insan yaşlandıqca beynin sağlamlığının dəstəklənməsi üçün faydalı ola bilər”.

Bəzi koqnitiv funksiyaların zəifləməsini qocalmanın bir hissəsi kimi hesab etmək olar. Yüngül koqnitiv pozulmalar “normal” və “daha ciddi” azalma arasında mərhələni detallaşdırır ki, bu da demensiya barədə xəbərdarlıq ola bilər. Lakin aşkarlanıb ki, çuğundur beynin sağlamlığına kömək edir.

“Bu tərəvəz bizim beynimizə misli görünməmiş müsbət təsir edə bilər. Bundan başqa, müşahidələr göstərir ki, idmanla məşğul olan və çuğundur şirəsi içən yaşlı insanlarda koqnitiv funksiyalar yaxşılaşıb, beyin şəbəkəsinin hərəkətverici funksiya ilə bağlı olan hissəsi gənc insanlardakına daha çox bənzəyib”, - deyə doktor Mosli vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.