DÜNYA
Donald Trampın reytinqi artmağa başlayıb
Bakı, 12 avqust, AZƏRTAC
ABŞ Prezidenti Donald Trampın reytinqi ona dəstək səviyyəsinin rekord dərəcədə aşağı düşdüyü keçən həftə ilə müqayisədə 6 faiz artıb. Bu barədə məlumat “Rasmussen Reports” tədqiqat xidmətinin sorğusunda öz əksini tapıb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, sorğuya əsasən hazırda amerikalıların 45 faizi Trampın prezident postundakı fəaliyyətini müsbət qiymətləndirir. Halbuki keçən həftə bu göstərici 39 faizdən artıq deyildi.
Bununla yanaşı, respondentlərin 53 faizi onun siyasətini uğursuz hesab edir. Onlardan 44 faizi isə dövlət başçısının fəaliyyətindən qəti narazıdır.
Qeyd edək ki, tədqiqat 3 gün ərzində telefon vasitəsilə həyata keçirilib və sorğuda təxminən 1,5 min nəfər iştirak edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.05.2024 [16:05]
Sankt-Peterburqda avtobusun çaya düşməsi nəticəsində bir nəfər ölüb VİDEO
- 10.05.2024 [15:51]
Çadın hərbi lideri Debi İtno mübahisəli seçkilərin qalibi elan edilib
- 10.05.2024 [14:51]
Qazaxıstan və Niderland arasında doqquz kommersiya sazişi imzalanıb
- 10.05.2024 [14:44]
Ukrayna ordusuna 20 minədək məhbus səfərbər edilə bilər
- 10.05.2024 [14:13]